Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Media Reyestri artıq hazırdır

© AFP 2023 / BRENDAN SMIALOWSKIimza
imza - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Şöbə müdri qeyd edib ki, media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin nümunələri hazırdır. Eyni zamanda, jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi də hazırdır.
BAKI, 9 mart — Sputnik. Media Reyestri artıq hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
N.Məmmədli Trend-ə açıqlamasında bildirirb ki, "Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır. Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib "Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Sərəncamda qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq".
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb.
Şöbə müdri qeyd edib ki, media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin nümunələri hazırdır. Eyni zamanda, jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi də hazırdır.
N.Məmmədli əlavə edib ki, bu sənədlərin ilkin versiyası hazırlanıb və müvafiq olaraq qurumlarla müzakirə olunmaqdadır.
Məlumat üçün bildirək ki, Reyestr İnformasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. Sayt üzərindən informasiya sorğularının qəbulu və saytdan informasiya sahibinin sənədlərinin müraciət edib məlumat əldə edilməsi üçün reyestrin yaradılması zəruridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0