DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Google" kibertəhlükəsizlik şirkətini satın alır

© AP Photo / Jeff ChiuGoogle
Google  - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
övdələşmə tənzimləyici orqanlar və Mandiant səhmdarları tərəfindən təsdiq olunmalıdır.
BAKI, 9 mart - Sputnik. ABŞ-da yerləşən "Google" şirkəti kibertəhlükəsizlik firması olan "Mandiant"ı 5,4 milyard dollara satın alıb. RİA Novosti xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
"Google MMC bu gün Mandiant, Inc-i almaq üçün qəti müqavilə imzaladı", - deyə hesabatda bildirilir.
Sənəddə deyilir ki, alış qiyməti 5,4 milyard dollar və ya bir səhm üçün 23 dollar təşkil edir.
Sövdələşmə tənzimləyici orqanlar və Mandiant səhmdarları tərəfindən təsdiq olunmalıdır.
Satış başa çatdıqdan sonra "Mandiant" "Google Cloud"-un bir hissəsi olacaq.
Qeyd edək ki, "Google" axtarış sistemi, "Maps", "Gmail", "Android", "Google Play", "Chrome" və "YouTube", həmçinin "Google Bulud" da daxil olmaqla bir çox xidmətlərə sahib olan "Alphabet" Inc-in törəmə şirkətidir.
"Mandiant" 2004-cü ildə qurulan və ABŞ-da yerləşən kibertəhlükəsizlik şirkətidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rossiya Seqodnya informasiya agentliyinin binası - Sputnik Azərbaycan, 1920, 02.03.2022
RUSİYA
"Google" "Rossiya Seqodnya"nın materiallarını məhdudlaşdırdı
Xəbər lenti
0