https://sputnik.az/20220309/fhn-metroda-telim-kecirib---vdeo-439994915.html
FHN metroda təlim keçirib - VİDEO
FHN metroda təlim keçirib - VİDEO
Sputnik Azərbaycan
FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T20:18+0400
2022-03-09T20:18+0400
2022-03-09T20:52+0400
fhn
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427630839_0:690:1367:1458_1920x0_80_0_0_26ccb41e49b996ee106ffd9b22f8867c.jpg
BAKI, 9 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri "Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov" stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, təlimin mövzusu həmin stansiyada yerləşən 35 saylı şaxtada quraşdırılmış TA-20 markalı elektrik havalandırma mühərrikində baş vermiş şərti yanğının "söndürülməsi" olub. Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in "112" qaynar telefon xəttinə "məlumat verilib". Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə "yanğını söndürüblər". Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427630839_0:562:1367:1587_1920x0_80_0_0_fdce65f09876f6dcefa6a45102f6092a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn
FHN metroda təlim keçirib - VİDEO
20:18 09.03.2022 (Yenilənib: 20:52 09.03.2022) FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
BAKI, 9 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri "Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov" stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.
Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, təlimin mövzusu həmin stansiyada yerləşən 35 saylı şaxtada quraşdırılmış TA-20 markalı elektrik havalandırma mühərrikində baş vermiş şərti yanğının "söndürülməsi" olub. Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib.
Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in "112" qaynar telefon xəttinə "məlumat verilib". Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə "yanğını söndürüblər".
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.