Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM ərizə qəbulunun vaxtını açıqladı

© Photo : REPORTİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 22917 abituriyent öz ərizəsini təsdiq edib.
BAKI, 9 mart - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 17-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən xəbərə görə, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 22917 abituriyent öz ərizəsini təsdiq edib. İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə ("Tələbə qəbulu haqqında elan Ali TM") tanış olmaq mümkündür.
Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür:
https://eservices.dim.gov.az/erizebak/erize/App_Docs/Elan_11_illik_kollec_2022.pdf
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 06.03.2022
TƏHSİL
İki şagird buraxılış imtahanından xaric edilib
Xəbər lenti
0