SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu şəxslərin ölkəmizə girişinə qadağa qoyulub

© Photo : AZALHeydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.
BAKI, 9 mart — Sputnik. Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin təsdiq edilmiş siyahısına dair hökumət hesabatı hazırlanaraq BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupuna təqdim edilib və qurumun rəsmi sənədi kimi yayılması təmin edilib.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb. Azərbaycan ərazilərinə göstərilən siyahıda əks olunmuş coğrafi adlardan fərqli şəkildə istinadların yolverilməzliyi bərəsində xarici dövlət və beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib, nota və məktublar ünvanlanıb.
Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müəyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat "Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilmiş (bunlardan 30 nəfəri hesabat ili ərzində səfər edib) həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub.
Eyni zamanda, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb.
Qeyd edilib ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.
Hesabat ili ərzində Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində, xüsusən təbii sərvətlərin istismarı, infrastruktur və sosial obyektlərin inşası kimi qanunsuz fəaliyyətlərin, həmçinin həmin ərazilərə qanunsuz səfərlərin qarşısının alınması istiqamətində tədbirlər görülmüş və müvafiq nəticələr əldə edilib.
Hökumət qeydiyyatsız evlərin invertarlaşdırılması və sənədləşdirilməsi məsələsinə də aydınlıq gətirib.
Qeyd edilib ki, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş yaşayış evlərinin və onların altında yerləşən qanuni əsaslar olmadan istifadə edilən torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə həmin əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0