Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azad olunmuş torpaqlarımızda rəqəmsal geoinformasiya sistemi yaradılır

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Vektorlaşdırılma nəticəsində 73,4 min torpaq parseli, 2,9 min yol və 160,7 min əsas və köməkçi tikili rəqəmsallaşdırılaraq "Qarabağ rəqəmsal geoinformasiya sistemi"nə daxil edilib.
BAKI, 9 mart — Sputnik. Keçən il Zəngilan rayonunda 85, Qubadlı rayonunda 94, Xocavənd rayonunda 13, Tərtər rayonunda 17, Xocalı rayonunda 9, Xankəndi şəhərində 2, Füzuli rayonunda 60, Ağdam rayonunda 85, Kəlbəcər rayonunda 140, Cəbrayıl rayonunda 91, Laçın rayonunda 126 ərazi vahidləri üzrə işğala qədər mövcud olmuş inzibati, sosial infrastruktur təyinatlı binaları və mülki əhaliyə məxsus fərdi yaşayış evləri barədə məlumatların topoqrafik xəritələr üzərində təsbit edilərək vektorlaşdırılması işləri aparıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Vektorlaşdırılma nəticəsində 73,4 min torpaq parseli, 2,9 min yol və 160,7 min əsas və köməkçi tikili rəqəmsallaşdırılaraq "Qarabağ rəqəmsal geoinformasiya sistemi"nə daxil edilib.
Eyni zamanda, Füzuli rayonu üzrə 21,9 min, Zəngilan rayonu üzrə 9,4 min, Laçın rayonu üzrə 15,2 min, Qubadlı rayonu üzrə 10 min, Xocalı rayonu üzrə 7,9 min, Xocavənd rayonu üzrə 12,5 min, Cəbrayıl rayonu üzrə 14,6 min, Ağdam rayonu üzrə 31,3 min, Kəlbəcər rayonu üzrə 16,7 min, Şuşa rayonu üzrə 5,5 min, Tərtər rayonu üzrə 9,4 min, Xankəndi şəhəri üzrə 6,3 min əsas və köməkçi tikililərə dair vektorlaşdırılmış məlumatlar yerli icra nümayəndələrinin iştirakı ilə dürüstləşdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0