https://sputnik.az/20220308/ural-hava-yollari-azerbaycana-ucuslari-dayandirib-439955859.html
"Ural Hava Yolları" Azərbaycana uçuşları dayandırıb
"Ural Hava Yolları" Azərbaycana uçuşları dayandırıb
Sputnik Azərbaycan
Martın 8-dən etibarən martın 26-ı da daxil olmaqla "Ural Hava Yolları" Bakı, Gəncə və Lənkərana uçuşlar həyata keçirməyəcək. 08.03.2022, Sputnik Azərbaycan
2022-03-08T15:52+0400
2022-03-08T15:52+0400
2022-03-08T16:31+0400
ural hava yolları
azərbaycan
təyyarə reysi
dayandırma
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/41973/44/419734464_0:131:3177:1918_1920x0_80_0_0_0c3878a974a14eb602e400c89a036c83.jpg
BAKI, 8 mart - Sputnik. “Ural Hava Yolları” Azərbaycana uçuşları dayandırıb. Bu barədə şirkətin məlumatında deyilir.“Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq, “Ural Hava Yolları” martın 8-dən etibarən martın 26-ı da daxil olmaqla Azərbaycana (Bakı, Gəncə, Lənkəran) uçuşları dayandırır”, - deyə məlumatda bildirilir.Qeyd edək ki, Rusiya aviaşirkətlərinin martın 6-dan etibarən Azərbaycana uçuşlar da daxil olmaqla bütün reysləri qeyri-müəyyən müddətə dayandıracağı açıqlanıb.Qərar beynəlxalq uçuşlardan yaranan risklər nəzərə alınaraq və "Rosaviasiya"nın (Federal Hava Nəqliyyatı Agentliyi) uçuşlarla bağlı tövsiyəsi əsasında qəbul edilib.“Vəziyyət həm də beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında sanksiyalarla bağlı son dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər Azərbaycanın Milli Hava Daşıyıcısının fəaliyyətinə də təsir edib. Hazırkı vəziyyətdə AZAL və sığorta şirkətləri dəyişmiş vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, siyasətlərində mümkün olan bütün dəyişiklikləri öyrənməlidirlər”, - deyə AZAL-ın bəyanatında deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220305/rosaviasiya-aviasirketlere-ucuslari-dayandirmagi-tovsiye-edib-439899989.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41973/44/419734464_223:0:2954:2048_1920x0_80_0_0_bffabc7afd9e2a5d69be3ccd99c009c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ural hava yolları, azərbaycan, təyyarə reysi, dayandırma
ural hava yolları, azərbaycan, təyyarə reysi, dayandırma
"Ural Hava Yolları" Azərbaycana uçuşları dayandırıb
15:52 08.03.2022 (Yenilənib: 16:31 08.03.2022) Martın 8-dən etibarən martın 26-ı da daxil olmaqla "Ural Hava Yolları" Bakı, Gəncə və Lənkərana uçuşlar həyata keçirməyəcək.
BAKI, 8 mart - Sputnik. “Ural Hava Yolları” Azərbaycana uçuşları dayandırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq, “Ural Hava Yolları” martın 8-dən etibarən martın 26-ı da daxil olmaqla Azərbaycana (Bakı, Gəncə, Lənkəran) uçuşları dayandırır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya aviaşirkətlərinin martın 6-dan etibarən Azərbaycana uçuşlar da daxil olmaqla bütün reysləri qeyri-müəyyən müddətə dayandıracağı açıqlanıb.
Qərar beynəlxalq uçuşlardan yaranan risklər nəzərə alınaraq və "Rosaviasiya"nın (Federal Hava Nəqliyyatı Agentliyi) uçuşlarla bağlı tövsiyəsi əsasında qəbul edilib.
“Vəziyyət həm də beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında sanksiyalarla bağlı son dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər Azərbaycanın Milli Hava Daşıyıcısının fəaliyyətinə də təsir edib. Hazırkı vəziyyətdə AZAL və sığorta şirkətləri dəyişmiş vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, siyasətlərində mümkün olan bütün dəyişiklikləri öyrənməlidirlər”, - deyə AZAL-ın bəyanatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.