CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şüşə arxasında balaca bir dünya yaradan florist

© Sputnik / Shahperi Abbasova Sevinc Qasımova
 Sevinc Qasımova - Sputnik Azərbaycan, 1920, 08.03.2022
Abunə olmaq
Sputnik Azərbaycan öz sahəsində uğur qazanmış Azərbaycan xanımının hekayəsini təqdim edir.
BAKI, 8 mart — Sputnik. Sevinc Qasımova floristdir. Florarium.az brendini yaradıb. İlk dəfə Florariumları Avropa görən Sevinc xanım bu sahəni Azərbaycanda da genişləndirməyi qarşısına məqsəd qoyur. Həmsöhbətimiz bu sənət haqqında və yaradıcılığı haqqında Sputnik Azərbaycan-a söz açıb. Dediyinə görə, yeni başladığı dönəmlərdə qohum-əqrabaya, dost-tanışa hazırlayıb. Sonradan bu sahədən gəlir əldə etməyə başlayıb: "Əvvəllər bu sahəyə hobbi kimi yanaşırdım. Öz doğlarımın xüsusi günlərində hazırlayıb hədiyyə edirdim. Gördüm ki, insanların diqqətini cəlb edir, bu sahəni genişləndirmək qərarına gəldim".
Öz üzərində durmadan çalışan Sevinc xanım bir çox sərgilərdə iştirak edib. Bundan başqa, uşaqlara ustad dərsləri də keçir: "Bu sənətlə mən həm də insanları – xüsusən də insanları təbiətə daha yaxın olmağı öyrədirəm".
Müsahibimizin dediyinə görə, əvvəllər ölkəmizdə lazımi xammalı tapmaq çətin idi. İndi isə Bakıda hər şey əlçatandır: "Əvvəllər Rusiyadan, Avropa ölkələrindən, Ukraynadan sifariş verirdim. Pandemiya vaxtı yollar bağlı olduğundan Bakıdan axtarırdım. Ona görə də lazım olan hər şeyi Bakıdan tapmaq mümkündür".
© Sputnik / Shahperi Abbasova Sevinc Qasımovanın əl işi
 Sevinc Qasımova - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Sevinc Qasımovanın əl işi
Bala şüşənin içində cənnət yaradan Sevinc xanım deyir ki, ağac qabığı, palıd qozası və digər xammalı meşələrimizdən əldə etmək olar. Amma mamırı buradan əldə etmək mümkün deyil: "Mamırı kilo ilə əldə edirəm. Çünki, onun istehalı yoxdur. Doğrudur, Azərbaycanın meşələrində mamır var. Amma onların burada stablizə etmək üçün lazım olan kimyəvi maddələr burada yoxdur. Mən mamırları Almaniyadan və Rusiyadan gətizdirirəm. Elə mamırlar var ki, onlar burada bitmirlər. Onlar Rusiyanın meşələrində bitir. Onu stablizə edib satışa buraxırlar".
Florarium sözü flora (Flora - müxtəlif bitki qruplaşmalarının cəmidir) sözündən götürülüb. Həmsöhbətiminizin dediyinə görə, bitkilərdən ibarət kompazisiya – florarium təxminən 3-4 il qala bilər: "Bitkilər az-az sulanır. Mamır olan florarium heç bir qulluq tələb etmir, sadəcə günəş işığından qorunmalıdır. Günəş şüaları onun fakturasını, rəngini məhv edir".
© Sputnik / Shahperi Abbasova Sevinc Qasımovanın əl işi
 Sevinc Qasımova - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Sevinc Qasımovanın əl işi
Əvvəllər Azərbaycanda demək olar ki, bu sahədə anlayışı olan insanlar yox idi. Artıq ölkəmizdə də bu sahə ilə məşğul olan insanların sayı artıb. Qiymətlərə gəldikdə isə Sevinc xanım bildirir ki, qiymətlər 20-200 manat arası təşkil edir: "İndi sifariş edən insanlar daha çoxdur. Xüsusi günlərdə, bayramqabağı insanlar daha çox sifariş verirlər".
S. Qasımova bildirir ki, onun elə işləri var ki, onları öz sənətinin ən böyük zirvəsi hesab edir: "Bir dəfə mənə Azərbaycanın xəritəsini sifariş verdilər. Onu hazırlayanda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Bundan başqa, bir sifarişim də var idi – Şuşa kompozisiyası. Şuşada vuruşan bir oğlan mənə yazdı ki, mən Şuşada vuruşmuşam. Şəklini də mənə atdı ki, düşündü ki, mən inanmaram. Şuşa döyüşçüsü Gövhər Ağa məscidinin həyətindən torpaq götürüb gətirmişdi. Mənə həmin torpaqdan Şuşa kompozisiyasını hazırlamağımı xahiş etdi. Onu hansı hislərlə hazırladığı sözlə ifadə edə bilmərəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0