Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ağdam və Ordubad istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

© AFP 2023 / MARCO LONGARIPulemyot, arxiv şəkli
Pulemyot, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.03.2022
Abunə olmaq
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 8 mart — Sputnik. Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0