CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz min pensiyaçıya şad xəbər - Maddi yardım veriləcək

manat - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Ekspertin sözlərinə görə, 2023-cü ildə indiki yardımlar pensiyaların baza hissəsinə əlavə ediləcək. Qulluq stajına görə əlavələr alan pensiyaçılara yardım verilməsi məsələsi Sputnik Azərbaycan-ın materialında.
BAKI, 7 mart — Sputnik. Bu ilin yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcək.
Dövlət başçısının yeni sərəncamı əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və digərləri) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.
Əmək pensiyaçılar üçün stajın ili, məbləğlər fərqlidir
Məsələni şərh edən iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, "Əmək pensiyaları haqqında" qanunun 20-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin hansı əmək pensiyaçılarına təyin edilməsi göstərilir:
"Qulluq stajına görə əlavələr fərqlidir. Əmək pensiyaçılar üçün burada stajın ili, məbləğlər fərqlidir. Məsələn, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar, Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri və s. buraya daxildir".
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Xalid Kərimli
2023-cü ildə indiki yardımlar pensiyaların baza hissəsinə əlavə ediləcək
"Bundan öncə sığorta prinsipi ilə pensiya alanlara 2022-ci ildə 200 manat məbləğində maddi yardımın verilməsi ilə bağlı dövlət başçısı tərəfindən sərəncam imzalanıb. Eyni zamanda əmək pensiyalarının sığorta hissəsi artırılıb. İndi də qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək. Hətta 2023-cü ildə indiki yardımlar pensiyaların baza hissəsinə əlavə ediləcək"-deyə ekspert əlavə edib.
Qeyd edək ki, məsələn, qulluq stajına görə əlavələr alan pensiyaçı 800 manat pensiya alırsa, ona hər ay 80 manat maddi yardım veriləcək. Bu da cəmi 880 manat pul edir. Şəxs 1500 manat pensiya alırsa, ona 150 manat hər ay maddi yardım veriləcək. Bu da cəmi 1650 manat edir.
© Sputnik / © Sputnik / Elvin AhmadYaşlı qadın - arxiv şəkli
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Yaşlı qadın - arxiv şəkli
Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq
Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.
Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına görə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.
Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.
Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir irəliləyişi təmin edir.
Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.
Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı videoformatda qəbul edib - Sputnik Azərbaycan, 1920, 04.03.2022
CƏMİYYƏT
Prezidentin Sərəncamı hansı pensiyaçılara aid edilir?
Xəbər lenti
0