https://sputnik.az/20220307/rusiya-herbcileri-saat-1000-dan-etibaren-ateskes-elan-edir-439927546.html
Rusiya hərbçiləri saat 10:00-dan etibarən atəşkəs elan edir - Yenilənib
Rusiya hərbçiləri saat 10:00-dan etibarən atəşkəs elan edir - Yenilənib
Sputnik Azərbaycan
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
2022-03-07T10:36+0400
2022-03-07T10:36+0400
2022-03-07T10:37+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
atəşkəs
humanitar
dəhliz
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439822664_0:0:2929:1648_1920x0_80_0_0_038da202203f8854df7ffbde88e050b9.jpg
BAKI, 7 mart - Sputnik. RF Silahlı Qüvvələri Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə müraciətindən sonra bu gün saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və humanitar dəhlizləri açır. Bu barədə RİA Novosti məlumat yayıb. Bu barədə “Eyni zamanda, humanitar dəhlizlərin açılışı zamanı Rusiya Federasiyası Silahlı Qüvvələri PUA-ların istifadəsi də daxil olmaqla, təxliyənin davamlı obyektiv monitorinqini həyata keçirəcək. Ona görə də xəbərdarlıq edirik ki, Ukrayna tərəfinin Rusiya Federasiyasının günahı ucbatından humanitar əməliyyatı pozmaqda Rusiyanı və bütün sivil dünyanı bir daha aldatmaq cəhdləri bu dəfə faydasız və mənasızdır”, - deyə Ukraynadakı Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının bəyanatında deyilir.Qərargahdan həmçinin dəhlizlərin haradan keçəcəyini də dəqiqləşdiriblər.Kiyevdən:Kiyev, Qostomel, Rakovka, Sosnovka, İvankov, Oranoye, Çernobıl, Qden (BR), Qomel. Bundan sonra hava nəqliyyatı ilə Rusiyaya göndərilmə.Mariupoldan: 1-ci marşrut - Mariupol, Novoazovsk, Taqanroq, Rostov-Don, sonra hava, avtomobil və ya dəmir yolu ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə;2-ci marşrut - Mariupol, Portovskoye, Manquş, Nikolskoye, Respublika, Rozovka, Bilmak, Poloqi, Orexov, Zaporojye şəhərlərindən yan keçməklə.Xarkovdan:Xarkov, Nexoteyevka, Belqorod, sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə.Sumıdan:1-ci marşrut - Sumı, Sudja, Belqorod, oradan istənilən nəqliyyat vasitəsi ilə;2-ci marşrut - Sumı, Qolubovka, Romnı, Loxvitsa, Lubnı, Poltava.Qərargahdan verilən məlumata görə, bütün məlumatlar BMT, ATƏT, BQXK və digər beynəlxalq təşkilatların müvafiq strukturlarına da çatdırılıb.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220306/putinle-erdogan-arasinda-telefon-danisigi-basa-catib-439917847.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439822664_198:0:2929:2048_1920x0_80_0_0_836f4c6c1dccd18e6c3424b20f7c2ca6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya hərbçiləri saat 10:00-dan etibarən atəşkəs elan edir
rusiya hərbçiləri saat 10:00-dan etibarən atəşkəs elan edir
Rusiya hərbçiləri saat 10:00-dan etibarən atəşkəs elan edir - Yenilənib
10:36 07.03.2022 (Yenilənib: 10:37 07.03.2022) Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
BAKI, 7 mart - Sputnik. RF Silahlı Qüvvələri Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə müraciətindən sonra bu gün saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və humanitar dəhlizləri açır. Bu barədə
RİA Novosti məlumat yayıb.
Bu barədə “Eyni zamanda, humanitar dəhlizlərin açılışı zamanı Rusiya Federasiyası Silahlı Qüvvələri PUA-ların istifadəsi də daxil olmaqla, təxliyənin davamlı obyektiv monitorinqini həyata keçirəcək. Ona görə də xəbərdarlıq edirik ki, Ukrayna tərəfinin Rusiya Federasiyasının günahı ucbatından humanitar əməliyyatı pozmaqda Rusiyanı və bütün sivil dünyanı bir daha aldatmaq cəhdləri bu dəfə faydasız və mənasızdır”, - deyə Ukraynadakı Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının bəyanatında deyilir.
Qərargahdan həmçinin dəhlizlərin haradan keçəcəyini də dəqiqləşdiriblər.
Kiyev, Qostomel, Rakovka, Sosnovka, İvankov, Oranoye, Çernobıl, Qden (BR), Qomel. Bundan sonra hava nəqliyyatı ilə Rusiyaya göndərilmə.
1-ci marşrut - Mariupol, Novoazovsk, Taqanroq, Rostov-Don, sonra hava, avtomobil və ya dəmir yolu ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə;
2-ci marşrut - Mariupol, Portovskoye, Manquş, Nikolskoye, Respublika, Rozovka, Bilmak, Poloqi, Orexov, Zaporojye şəhərlərindən yan keçməklə.
Xarkov, Nexoteyevka, Belqorod, sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə.
1-ci marşrut - Sumı, Sudja, Belqorod, oradan istənilən nəqliyyat vasitəsi ilə;
2-ci marşrut - Sumı, Qolubovka, Romnı, Loxvitsa, Lubnı, Poltava.
Qərargahdan verilən məlumata görə, bütün məlumatlar BMT, ATƏT, BQXK və digər beynəlxalq təşkilatların müvafiq strukturlarına da çatdırılıb.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.