Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putinlə Ərdoğan arasında telefon danışığı nə ilə başa çatıb - Detallar

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ В. Путин провел переговоры с президентом Турции Р. Эрдоганом
Президент РФ В. Путин провел переговоры с президентом Турции Р. Эрдоганом - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
İki ölkə liderinin telefon söhbəti bir saata yaxın davaç edib.
BAKI, 6 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başa çatıb.
Danışıq bir saata yaxın davam edib.
Telefon danışığında liderlər, iki ölkənin diplomatik və hərbi idarələri arasında əlaqələrin davam etdirilməsinin vacibliyini bəyan ediblər.
Bu barədə Kremlin rəsmi saytı xəbər verir.
Söhbət zamanı Putin Ukraynada xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib, bu kontekstdə prinsipial yanaşmaları və qiymətləndirmələri qeyd edib, qarşıya qoyulan əsas məqsəd və vəzifələri ətraflı izah edib.
Xüsusi əməliyyatın plana uyğun və qrafikə uyğun davam etdiyi vurğulanıb. V. Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək və təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edir, dəqiq zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir: "Bunun fonunda Donbası intensiv atəşə tutan və Ukraynanın şəhər və qəsəbələrində faktiki olaraq girov götürülmüş mülki şəxslərdən, o cümlədən əcnəbilərdən “insan qalxanı” kimi istifadə edən millətçi, neonasist birləşmələrinin əməlləri xüsusi qəddarlığı və amansızlığı ilə seçilir".
Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqlənib. Eyni zamanda, Ukrayna qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bu baxımdan xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğu vurğulanıb.
Danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələrinin yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəyinə ümid ifadə olunub.
Vladimir Putin Rusiya tərəfinin Türkiyə vətəndaşlarının Ukraynadakı döyüş bölgələrindən təhlükəsiz təxliyəsi üçün bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.
Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.
Türkiyə lideri bildirib ki, təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək.
Prezidentlər müxtəlif səviyyələrdə sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kreml Putinlə Ərdoğanın danışacağını təsdiq edib
Xəbər lenti
0