CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN tərəfindən sutka ərzində 7 nəfər xilas edilib - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatlar
Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatlar - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 108 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat - Sputnik Azərbaycan, 1920, 04.03.2022
CƏMİYYƏT
Bakıda mərmi və reaktiv qumbara tapılıb - VİDEO
Xəbər lenti
0