Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Düşmən mövqelərimizi sutka ərzində 24 dəfə atəşə tutub

© AFP 2024 / YURI CORTEZСолдат с пулеметом, фото из архива
Солдат с пулеметом, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
BAKI, 7 mart - Sputnik. Azərbaycan ordusunun mövqeləri ötən sutka ərzində yenidən düşmən tərəfindən atəşə məruz qalıb. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.
Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.03.2022
QARABAĞ
Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub
Xəbər lenti
0