Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Biz faktiki olaraq Ukraynanın demilitarizasiyasını başa çatdırırıq" - Peskov

© Sputnik / Sergey Guneev / Mediabanka keçidДмитрий Песков, фото из архива
Дмитрий Песков, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
BAKI, 7 mart - Sputnik. Rusiya Ukraynaya bildirib ki, Kiyev Moskvanın şərtlərinə əməl edərsə, xüsusi əməliyyatı “hər an” dayandıra bilər. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd olunur ki, bu müsahibə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raunduna cəmi iki saat qalmış yayılıb.
“Onlara (Ukraynalılara) deyilib ki, bütün bunlar bir anda dayana bilər”, – deyə Peskov bildirib.
Kreml nümayəndəsinin dediyinə görə, Ukrayna Konstitusiyaya dəyişiklik etməli və “istənilən bloka” qoşulmaq iddialarından əl çəkməlidir.
Bundan əlavə, Peskovun sözlərinə görə, Ukrayna Krımı Rusiya olaraq, "DXR" və "LXR"-i isə müstəqil dövlətlər kimi tanımalıdır.

“Biz faktiki olaraq Ukraynanın demilitarizasiyasını başa çatdırırıq. Biz bunu başa çatdıracağıq... Onlar (ukraynalılar) hərbi əməliyyatları dayandırmalıdırlar”, - deyə o vurğulayıb.

Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq 12 gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
RF Silahlı Qüvvələri Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə müraciətindən sonra bu gün saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və humanitar dəhlizləri açır. Bu barədə RİA Novosti məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada bir araya gələcək - Çavuşoğlu
Xəbər lenti
0