Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada bir araya gələcək - Çavuşoğlu

© Annegret Hilse / Pool via APМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü martın 10-na nəzərdə tutulub.
BAKI, 7 mart - Spunik. Türkiyə vasitəçilik missiyası ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalya Diplomatik Forumu çərçivəsində bir araya gələcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirib.
Nazir deyib ki, Türkiyə tərəflərin münaqişənin dialoq yolu ilə həlli üçün səylərini davam etdirir:
"Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü martın 10-na nəzərdə tutulub. Türkiyənin məqsədi atəşi dayandırmaqdır".
Nazir bildirib ki, bu məqsədlə böhran yaranandan indiyədək ukraynalı həmkarı ilə 6, rusiyalı həmkarı ilə 4 dəfə telefonda danışıb.
Qeyd edək ki, martın 11-də başlayacaq Antalya Diplomatik Forumu üç gün davam edəcək.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq 12 gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
RF Silahlı Qüvvələri Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə müraciətindən sonra bu gün saat 10:00-dan etibarən atəşkəs rejimini elan edir və humanitar dəhlizləri açır. Bu barədə RİA Novosti məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 07.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya ordusu Ukraynada altı humanitar dəhliz açıb - MN
Xəbər lenti
0