https://sputnik.az/20220307/azerbaycanin-meyve-terevez-ixraci-artib-439937192.html
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb
Sputnik Azərbaycan
Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb
2022-03-07T16:21+0400
2022-03-07T16:21+0400
2022-03-07T16:35+0400
meyvə
iqtisadiyyat
ixrac
tərəvəz
https://cdnn1.img.sputnik.az/img/42412/25/424122562_0:0:3073:1728_1920x0_80_0_0_7a0247a733b5ffd9827ba5d79e48fe86.jpg
BAKI, 7 mart — Sputnik. Cari il ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadla bildirir ki, 2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı16,5% artıb.Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib.Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub.2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220305/azerbaycanin-ixraci-keskin-artib-439899755.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/25/424122562_0:0:2731:2048_1920x0_80_0_0_4c7ffa7cce43a2d225dccb99a71b2bac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycanın meyvə-tərəvəz ixracı artıb
azərbaycanın meyvə-tərəvəz ixracı artıb
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb
16:21 07.03.2022 (Yenilənib: 16:35 07.03.2022) Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.
BAKI, 7 mart — Sputnik. Cari il ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.
Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadla bildirir ki, 2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı16,5% artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd ABŞ dolları təşkil edib.
Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub.
2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.