CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlər ibadətə şəhərə gedirlər, kənd məscidi isə tikilsə də, istifadəyə verilmir

© Sputnik / Rahim MammadovYevlaxın Salahlı kəndində tikintisi yarımçıq qalmış məscid
Yevlaxın Salahlı kəndində tikintisi yarımçıq qalmış məscid - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
Yevlaxın Salahlı kəndində inşa edilən məscidin tikintisi yarımçıq qaldığından, sakinlər ibadət üçün Mingəçevirə gedirlər.
BAKI, 13 yanvar — Sputnik. Ölkəmizdə istər kiçik, istər böyük kəndlərdə, rayonlarda, şəhərlərdə məscidlər, ibadət yerləri var və yeniləri inşa edilir. Yevlaxın Salahlı kəndində də sakinlərin ibadət etməsi, dini ayinləri yerinə yetirməsi üçün məscid binası inşa edilib. Bina 20-25 il öncə inşa edilsə də, tikintisi sona çatmadığından hələ də istifadə edilmir. Baxımsızlıqdan tikili uçub dağılır. Sputnik Azərbaycan-ın bölgə müxbiri Salahlı sakinləri ilə məscidin aqibətini aydınlaşdırmağa çalışıb. Kənd sakini İsrayıl Əsgərov məscidin 20 ildən artıqdır istifadəsiz qaldığını bildirib:
© Sputnik / Rahim MammadovYevlaxın Salahlı kəndində tikintisi yarımçıq qalmış məscid
Yevlaxın Salahlı kəndində - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Yevlaxın Salahlı kəndində tikintisi yarımçıq qalmış məscid
“Kənddə məscidin olması çox yaxşı haldır. Bu bina 20 ildən çoxdu tikilib, elə istifadəsiz də qalıb. İndi də baxımsızlıqdan pəncərlərinin şüşəsi sındırılıb.Yəqin ki, burdan ötüb keçən uşaqlar sındırır. Dəqiq bilinmir niyə yarımçıq qaldı tikinti. Amma bu qədər iş görülüb, çox istərdik ki, istifadəyə verilsin. Salahlının girişində tikilib, yaxşı yerədədir. Əksər kənd sakinlərinin arzusudur tezliklə burada ibadət etmək”.
Yevlaxın ən iri yaşayış məntəqələrindən olan Salahlıda tikintisi yarımçıq qalan məsciddən istifadə etmək mümkün olmadığından bəzi sakinlər Mingəçevirə ibadət etməyə gedirlər. Bunu kənd sakini Mayıl İsmayılov Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində deyib:
© Sputnik / Rahim MammadovYevlaxın Salahlı kəndində tikintisi yarımçıq qalmış məscid
Yevlaxın Salahlı kəndində - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Yevlaxın Salahlı kəndində tikintisi yarımçıq qalmış məscid
“Mən uşaq olanda böyüklər danışırdı ki, Salahlıda kiçik məscid olub. Mən sizə təxminən 1930-40-cı illərdən danışıram. Amma dəqiq yerini tam bilmirəm. Bu müasir dövrümüzdə tikilən məsciddə 20 ildən çoxdur tikilib, amma istifadəyə verilmədən dağılıb gedir. Kəndimizdə olmağı yaxşı olar ki, ibadət edənlər gələr, namazını qılar çıxar gedər evinə. Elə kənd sakinləri var ki, ibadət etmək üçün bir neçə kilometr qət edib Mingəçevirə gedir. Kəndimizdə 650-dən çox təsərrüfat var. Böyük yaşayış məntəqəsidir Salahlı, burada məscidin olması vacibdir. Bizim kəndin mollası da yoxdur, ölü düşəndə qonşu kəndlərdən çağrırıq. Məscid istifadəyə verilsə özümüzə də yetişər”.
Qeyd edək ki, Yevlax rayonun Salahlı kəndində uzun illər öncə inşa edilən və tikintisi yarımçıq qalan məscidin aqibəti haqqında Yevlax rayon İcra Hakimiyyətindən münasibət öyrəndik. Bildirildi ki, həmin kənddə icma yaradılmalı, daha sonra məscidin fəaliyyəti üçün Qafqaz Müsəlmanları idarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciyyət olunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0