https://sputnik.az/20220306/rusiyada-koronavirusdan-sagaldan-derman-hazirlanib-439914252.html
Rusiyada koronavirusdan sağaldan dərman hazırlanıb
Rusiyada koronavirusdan sağaldan dərman hazırlanıb
Sputnik Azərbaycan
Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinə monoklonal anticisimlərə əsaslanan koronavirus infeksiyasına qarşı dərmanın klinik sınaqlarının... 06.03.2022, Sputnik Azərbaycan
2022-03-06T13:58+0400
2022-03-06T13:58+0400
2022-03-06T13:58+0400
rusiya
səhiyyə
dərman
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584947_0:0:2593:1460_1920x0_80_0_0_e8585de0045fbd91c7a7a5cf4d4a1e4f.jpg
BAKI, 6 mart — Sputnik. Qamaleya Mərkəzi monoklonal anticisimlərə əsaslanan koronavirusa qarşı dərman üzərində işləyir - bu, keçmiş ABŞ lideri Donald Trampın müalicəsində istifadə edilən dərmanın analoqudur.Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış monoklonal anticisimlərə əsaslanan koronavirus dərmanı COVID-19 xəstəsi xəstəxanaya yerləşdirildikdən 3-4 gün sonra istifadə ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Qinsburq “RİA Novosti”yə məlumat verib.Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinə monoklonal anticisimlərə əsaslanan koronavirus infeksiyasına qarşı dərmanın klinik sınaqlarının keçirilməsinə icazə verib."Bütün bu cür dərmanlar xəstənin müalicəyə başlamasından sonra ilk 3-4 gün ərzində istifadə olunur", - Qinsburq bildirib.O qeyd edib ki, dərman xəstələrə venadaxili damcı yolu ilə köçürülür.Qamaleya Mərkəzi monoklonal anticisimlərə əsaslanan koronavirusa qarşı dərman üzərində işləyir - bu, Donald Trampın müalicəsində istifadə edilən dərmanın analoqudur. Noyabrın sonunda Qamaleya Mərkəzinin rəis müavini Denis Loqunov bildirmişdi ki, dərman yüksək səviyyədə hazırlanıb, heyvanlar üzərində aparılan təcrübələr onun 100% qoruma təmin etdiyini göstərib.Qinsburq bildirib ki, monoklonal anticisimlərə əsaslanan preparat Omikron ştammına qarşı da effektivdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584947_197:0:2408:1658_1920x0_80_0_0_bdce479d6d3796698a372b3aa970fb56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, dərman, koronavirus, covid-19
rusiya, dərman, koronavirus, covid-19
Rusiyada koronavirusdan sağaldan dərman hazırlanıb
Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinə monoklonal anticisimlərə əsaslanan koronavirus infeksiyasına qarşı dərmanın klinik sınaqlarının keçirilməsinə icazə verib.
BAKI, 6 mart — Sputnik. Qamaleya Mərkəzi monoklonal anticisimlərə əsaslanan koronavirusa qarşı dərman üzərində işləyir - bu, keçmiş ABŞ lideri Donald Trampın müalicəsində istifadə edilən dərmanın analoqudur.
Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış monoklonal anticisimlərə əsaslanan koronavirus dərmanı COVID-19 xəstəsi xəstəxanaya yerləşdirildikdən 3-4 gün sonra istifadə ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Qinsburq “RİA Novosti”yə məlumat verib.
Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinə monoklonal anticisimlərə əsaslanan koronavirus infeksiyasına qarşı dərmanın klinik sınaqlarının keçirilməsinə icazə verib.
"Bütün bu cür dərmanlar xəstənin müalicəyə başlamasından sonra ilk 3-4 gün ərzində istifadə olunur", - Qinsburq bildirib.
O qeyd edib ki, dərman xəstələrə venadaxili damcı yolu ilə köçürülür.
Qamaleya Mərkəzi monoklonal anticisimlərə əsaslanan koronavirusa qarşı dərman üzərində işləyir - bu, Donald Trampın müalicəsində istifadə edilən dərmanın analoqudur. Noyabrın sonunda Qamaleya Mərkəzinin rəis müavini Denis Loqunov bildirmişdi ki, dərman yüksək səviyyədə hazırlanıb, heyvanlar üzərində aparılan təcrübələr onun 100% qoruma təmin etdiyini göstərib.
Qinsburq bildirib ki, monoklonal anticisimlərə əsaslanan preparat Omikron ştammına qarşı da effektivdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.