https://sputnik.az/20220306/rusiya-idxaldan-asililigini-azaltmaga-hazirdir--manturov-439917974.html
Rusiya idxaldan asılılığını azaltmağa hazırdır – Manturov
Rusiya idxaldan asılılığını azaltmağa hazırdır – Manturov
Sputnik Azərbaycan
Eyni zamanda vurğulanıb ki, Rusiya bazarını tərk etməyi planlaşdıran təşkilatlar sənayedə çöküş yarada bilməyəcəklər. 06.03.2022, Sputnik Azərbaycan
2022-03-06T15:52+0400
2022-03-06T15:52+0400
2022-03-06T16:29+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
asılılıq
idxal
https://cdnn1.img.sputnik.az/img/41992/99/419929938_0:0:2000:1125_1920x0_80_0_0_a18ef063fce2ff4620fdf34743761a75.jpg
BAKI, 6 mart — Sputnik. Rusiya Federasiyasının sənayesi enerji avadanlıqlarının istehsalının davamlılığını təmin etməyə hazırdır. Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov deyib.O maşınqayırma sənayesinin nünayəndələri ilə görüşündə bildirib ki, bu məhsulların istehsalına hazırdırlar."Rusiya sənayesi enerji avadanlıqlarının istehsalı üçün texnoloji proseslərin fasiləsizliyini təmin etməyə hazırdır, bunun üçün bizim lazımi səriştəmiz var. Biz bu məhsulların idxaldan azad edilməsini sürətləndirməyə hazırıq", - Manturov deyib.Nazirlikdən verilən məlumatda qeyd edilib ki, Sənaye və Ticarət Nazirliyi xarici şirkətlərlə konstruktiv işgüzar əlaqələri davam etdirməyə, eləcə də əvvəllər qəbul edilmiş bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.Eyni zamanda vurğulanıb ki, Rusiya bazarını tərk etməyi planlaşdıran təşkilatlar sənayedə çöküş yarada bilməyəcəklər, çünki bu gün Rusiyada lazımi texnologiyalar və səriştələr, habelə müvafiq məhsulların hazırlanması və dəyişdirilməsi üzrə ixtisaslaşmış müəssisələr var.İclas iştirakçıları yerli elektrik maşınları istehsalçılarının texnoloji səviyyəsinin ən yüksək beynəlxalq standartlara cavab verməsini, yerli turbin və qazanxana avadanlıqları və bütün enerji xətlərini istehsal etmək imkanlarına əminliklərini bildiriblər."Məhz bu avadanlıqlar bütün Rusiyada vətəndaşların və müəssisələrin evlərini işıq və istiliklə təmin etmək üçün əsasdır. 2024-cü ilin sonuna qədər GTE-65, GTE-170 və GTD-110M innovativ yüksək tutumlu qaz turbinləri gətirilərək vahid enerji sisteminə inteqrasiya olunanacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Kreml Putinlə Ərdoğanın danışacağını təsdiq edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41992/99/419929938_227:0:2000:1330_1920x0_80_0_0_e459f5f5e0f0d635c7e24f21776f100c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, asılılıq, idxal
Rusiya idxaldan asılılığını azaltmağa hazırdır – Manturov
15:52 06.03.2022 (Yenilənib: 16:29 06.03.2022) Eyni zamanda vurğulanıb ki, Rusiya bazarını tərk etməyi planlaşdıran təşkilatlar sənayedə çöküş yarada bilməyəcəklər.
BAKI, 6 mart — Sputnik. Rusiya Federasiyasının sənayesi enerji avadanlıqlarının istehsalının davamlılığını təmin etməyə hazırdır. Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov deyib.
O maşınqayırma sənayesinin nünayəndələri ilə görüşündə bildirib ki, bu məhsulların istehsalına hazırdırlar.
"Rusiya sənayesi enerji avadanlıqlarının istehsalı üçün texnoloji proseslərin fasiləsizliyini təmin etməyə hazırdır, bunun üçün bizim lazımi səriştəmiz var. Biz bu məhsulların idxaldan azad edilməsini sürətləndirməyə hazırıq", - Manturov deyib.
Nazirlikdən verilən məlumatda qeyd edilib ki, Sənaye və Ticarət Nazirliyi xarici şirkətlərlə konstruktiv işgüzar əlaqələri davam etdirməyə, eləcə də əvvəllər qəbul edilmiş bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.
Eyni zamanda vurğulanıb ki, Rusiya bazarını tərk etməyi planlaşdıran təşkilatlar sənayedə çöküş yarada bilməyəcəklər, çünki bu gün Rusiyada lazımi texnologiyalar və səriştələr, habelə müvafiq məhsulların hazırlanması və dəyişdirilməsi üzrə ixtisaslaşmış müəssisələr var.
İclas iştirakçıları yerli elektrik maşınları istehsalçılarının texnoloji səviyyəsinin ən yüksək beynəlxalq standartlara cavab verməsini, yerli turbin və qazanxana avadanlıqları və bütün enerji xətlərini istehsal etmək imkanlarına əminliklərini bildiriblər.
"Məhz bu avadanlıqlar bütün Rusiyada vətəndaşların və müəssisələrin evlərini işıq və istiliklə təmin etmək üçün əsasdır. 2024-cü ilin sonuna qədər GTE-65, GTE-170 və GTD-110M innovativ yüksək tutumlu qaz turbinləri gətirilərək vahid enerji sisteminə inteqrasiya olunanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.