Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kreml Putinlə Ərdoğanın danışacağını təsdiq edib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков
 Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков  - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Türkiyə rəsmi Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif edib.
BAKI, 5 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefonla danışmağı planlaşdırıb.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bəli, danışıq planı var”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Tayyib Rəcəb Ərdoğan 6 mart tarixində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.
Türkiyə rəsmi Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif edib.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.
“Bizim həm Rusiya, həm də Ukrayna ilə yaxşı əlaqələrimiz var. Prezidentimizin də dediyi kimi, biz nə Rusiyadan imtina edə bilərik, nə də Ukraynadan. Türkiyə iki tərəflə danışan nadir aktorlardandır. Prezidentimizin həm Putinlə, həm də Zelenski ilə yaxşı ünsiyyəti var. Müharibənin başa çatması istiqamətində hansı töhfələr verə biləcəyimiz barədə düşünürük. Əlimizdən gələni etməyə hazırıq”, - deyə o bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0