Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada koronavirusa yoluxanların sayı 450 milyona çatır

© Sputnik / Денис Абрамов / Mediabanka keçidKoronavirusda antitelin ölçülməsi testi
Koronavirusda antitelin ölçülməsi testi - Sputnik Azərbaycan, 1920, 06.03.2022
Abunə olmaq
İkinci yerdə qərarlaşan Hindistanda 42 962 953 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 036 nəfər ölüb.
BAKI, 6 mart - Sputnik. Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 445 125 810 nəfərə çatıb.
Report xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 994 937 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 265 726 nəfərə çatıb, 958 437 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 962 953 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 036 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 040 800 nəfər virusa yoluxub, onlardan 652 126 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 191 580 yoluxma, 140 264 ölüm halı qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi.
Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.
Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. 2020-ci il fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0