https://sputnik.az/20220305/lham-eliyev-nato-toplantisindan-sonra-derhal-bakiya-gelen-movlud-cavusoglunu-qebul-etdi-439889641.html
İlham Əliyev NATO toplantısından sonra dərhal Bakıya gələn Mövlud Çavuşoğlunu qəbul etdi
İlham Əliyev NATO toplantısından sonra dərhal Bakıya gələn Mövlud Çavuşoğlunu qəbul etdi
Sputnik Azərbaycan
Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, Türkiyə və Azərbaycan birgə səylərlə bizim... 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T13:17+0400
2022-03-05T13:17+0400
2022-03-05T13:18+0400
siyasət
prezident ilham əliyev
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/05/439889076_0:30:1000:593_1920x0_80_0_0_9749226a50c327ab6fa42ea7763f1f43.jpg
BAKI, 5 mart — Sputnik. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir.Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib."Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq", - dövlət başçısı bildirib.Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Brüsseldə NATO-nun Ukrayna ilə bağlı toplantısına qatılıb. O, toplantıdan dərhal sonra, axşam saatlarında Azərbaycana səfərə gəlib.Bu gün Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/05/439889076_209:0:1000:593_1920x0_80_0_0_ef9236ce84e15557b501ccac9a6056aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çavuşoğlu nato-nun toplantısından sonra əliyevlə görüşdü
çavuşoğlu nato-nun toplantısından sonra əliyevlə görüşdü
İlham Əliyev NATO toplantısından sonra dərhal Bakıya gələn Mövlud Çavuşoğlunu qəbul etdi
13:17 05.03.2022 (Yenilənib: 13:18 05.03.2022) Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir.
BAKI, 5 mart — Sputnik. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
"Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var.
Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur.
Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq", - dövlət başçısı bildirib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Brüsseldə NATO-nun Ukrayna ilə bağlı toplantısına qatılıb. O, toplantıdan dərhal sonra, axşam saatlarında Azərbaycana səfərə gəlib.
Bu gün Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.