Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Güclü külək və yanğın Mingəçevirdə on mindən artıq adamı işıqsız qoydu

Abunə olmaq
Gecə saatlarında isə Azərenerji ASC Mingəçevir regional elektrik şəbəkəsi 110 /35/6 KV şəhər yarım stansiyasında güclü yanğın baş verib.
Martın 4-dən 5-nə keçən gecə dəyişən hava şəraiti bir neçə bölgədə fəsadlara yol açıb.
Mingəçevir şəhərində də təbiət hadisəsi zamanı bir neçə ünvanda ağaclar elektrik naqillərinin üzərinə aşıb, enerji verilişində fasilələrə yaranıb.
Sputnik Azərbaycan xəbər verir ki, əsasən şəhərin "Günəşli" yaşayış massivi, Xaldan istiqamətindən giriş hissəsi və ora bitişik ərazilərə bir neçə saat elektrik enerjisinin ötürülməsi dayandırılıb.
Gecə saatlarında isə Azərenerji ASC Mingəçevir regional elektrik şəbəkəsi 110 /35/6 KV şəhər yarım stansiyasında güclü yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər çağrılıb.
Qeydə alınan yanğın hadisəsi zamanı Mingəçevirin böyük hissəsində elektrik enerji verilişində fasilələr yaranıb.
Şəhər ərazisində işıqforlar, küçə işıqlandırlması, olmadığından hərəkət çətinləşib.
Yarımstansiyada baş verən yanğın 10 mindən çox abonentin işıqsız qalmasına səbəb olub. Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün gecə saatlarında işlərə başlanıb.
Xəbər lenti
0