https://sputnik.az/20220305/dunya-ve-avropa-cempionu-olan-azerbaycanli-telebe-itkin-dusub-439883890.html
Dünya və Avropa çempionu olan azərbaycanlı tələbə itkin düşüb
Dünya və Avropa çempionu olan azərbaycanlı tələbə itkin düşüb
Sputnik Azərbaycan
O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında erməni, özbək, rus və ukraynalı rəqiblərini məğlub... 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T12:25+0400
2022-03-05T12:25+0400
2022-03-05T12:25+0400
azərbaycanlı
cəmiyyət
dünya çempionu
avropa çempionu
bakı dövlət universiteti
https://cdnn1.img.sputnik.az/img/42384/20/423842010_0:0:3197:1799_1920x0_80_0_0_215c77043db445888d9a304fb2061139.jpg.webp
BAKI, 5 mart — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) Bakıda beş gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli barəsində bəzi təfərrüatlar məlum olub.BDU-nun Geologiya fakültəsində təhsil alan İlkin Qənbərli güləş üzrə dünya və Avropa çempionudur. O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında erməni, özbək, rus və ukraynalı rəqiblərini məğlub edərək çempion olub.Bundan başqa, "Terminator" ləqəbi ilə tanınan güləşçi bu ilin fevral ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda "WORLD GAMES 2022" çempionatında iştirak edib. Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən tələbə final mərhələsində erməni rəqibini 11:0 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.İlkin Qənbərli, həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.Məlumata görə, güləşçi tələbə sonuncu dəfə dostları ilə görüşərək Polşaya gedəcəyini deyib. Bundan sonra ondan xəbər olmayıb.Qeyd edək ki, İlkin Qənbərli martın 1-də evdən çıxıb və bundan sonra ondan xəbər olmayıb.Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, itkin tələbənin tapılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42384/20/423842010_184:0:2915:2048_1920x0_80_0_0_d8c388aa8be8901116db4a8089060ea0.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanlı, dünya çempionu, avropa çempionu, bakı dövlət universiteti
azərbaycanlı, dünya çempionu, avropa çempionu, bakı dövlət universiteti
Dünya və Avropa çempionu olan azərbaycanlı tələbə itkin düşüb
O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında erməni, özbək, rus və ukraynalı rəqiblərini məğlub edərək çempion olub.
BAKI, 5 mart — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) Bakıda beş gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli barəsində bəzi təfərrüatlar məlum olub.
BDU-nun Geologiya fakültəsində təhsil alan İlkin Qənbərli güləş üzrə dünya və Avropa çempionudur. O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında erməni, özbək, rus və ukraynalı rəqiblərini məğlub edərək çempion olub.
Bundan başqa, "Terminator" ləqəbi ilə tanınan güləşçi bu ilin fevral ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda "WORLD GAMES 2022" çempionatında iştirak edib. Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən tələbə final mərhələsində erməni rəqibini 11:0 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.
İlkin Qənbərli, həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.
Məlumata görə, güləşçi tələbə sonuncu dəfə dostları ilə görüşərək Polşaya gedəcəyini deyib. Bundan sonra ondan xəbər olmayıb.
Qeyd edək ki, İlkin Qənbərli martın 1-də evdən çıxıb və bundan sonra ondan xəbər olmayıb.
Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, itkin tələbənin tapılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.