Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Daha bir azad olunmuş bölgədə içməli su təchizatı bərpa olunub

© Photo : Azersu Open Joint-Stock Companysu
su  - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 400-ə qədər obyekt içməli su ilə təmin edilib.
BAKI, 5 mart — Sputnik. "Azərsu" ASC Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində içməli su təchizatını bərpa edir.
Sputnik Azərbaycan xəbər verir ki, kənd və ətraf ərazilərdə işğaldan əvvəl içməli su təchizatı sistemləri mövcud olmayıb. "Azərsu"yun mütəxəssisləri tədqiqat və qiymətləndirmə işləri aparıb və layihə hazırlayıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb.
Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb.
Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür.
© Sputnik / Ilham MustafayevMahir Xəlilov
Mahir Xəlilov  - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Mahir Xəlilov
Bundan əvvəl Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib.
Eyni zamanda Ağdam şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 400-ə qədər obyekt içməli su ilə təmin edilib.
Hazırda Şuşa, Kəlbəcər, Zəngilan şəhərləri və Hadrut qəsəbəsində su xidmət sahələri yaradılıb və fasiləsiz xidmət təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Smart ötrücü cihaz - Sputnik Azərbaycan, 1920, 03.03.2022
CƏMİYYƏT
Yenidən "smart" tipli sayğaclara keçid edilməsi təklif edildi
Xəbər lenti
0