Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İcazə ləğv edilərsə, tikinti obyektinin istismarına icazə verilməsi üçün nə etməli?

Tikinti - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Şəhərsalma və Tikinti Məcəlləsinə yeni – 102.4-3-cü maddənin əlavə edilməsi təklif olunur.
BAKI, 5 mart — Sputnik. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, layihəyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinə yeni – 102.4-3-cü maddənin əlavə edilməsi təklif olunur. Təklif olunan redaksiya Məcəllənin qüvvədə olan redaksiyasının 102.4-2-ci maddəsinin natamam olduğundan irəli gəlir və təkmilləşdirmə xarakteri daşıyır.
102.4-2-ci maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Əlavə edilən 102.4-3-cü maddəyə əsasən, göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə ediləcək. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək.
Milli Məclisdə qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fəxrəddin Miralayev - Sputnik Azərbaycan, 1920, 10.02.2022
CƏMİYYƏT
Hazırda istifadə olunan materialların hamısı inşaatdan çıxarılmalıdır - Memar
Xəbər lenti
0