DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu ölkədə evlənən hər kəsə iki min avro veriləcək

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidRoma
Roma  - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Layihə paytaxt ilə yanaşı, ümumilikdə 13 şəhəri əhatə edir. Bu məqsədlə 10 milyon avro da ayrılıb.
BAKI, 5 mart — Sputnik. İtaliya rəsmiləri paytaxt Romanın da yerləşdiyi Latsio regionunda evlənən cütlüklərə 2 min avro veriləcəyini açıqlayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, "Latsio aşiq" adlı layihə koronavirus pandemiyasının mənfi təsir göstərdiyi toy sənayesini canlandırmaq məqsədi daşıyır. Layihə paytaxt Roma ilə yanaşı, Tivoli, Latina, Viterbo və Pomezia kimi məşhur şəhərlər də daxil olmaqla ümumilikdə 13 şəhəri əhatə edir.
Sözügedən yardımdan əcnəbilər də yararlana biləcəklər. Layihə üçün ümumilikdə 10 milyon avro ayrılıb.
Bildirilib ki, maliyyə dəstəyindən yararlanmaq üçün 2023-cü ilin yanvar ayının sonuna qədər müraciət etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0