Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Altı yüz mindən çox uşaq sosial təminatla əhatə olunub

© Sputnik / Ilham Mustafayevuşaq
uşaq  - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Autizmli övladı olan valideynlər üçün xüsusi dəstək klubunun fəaliyyət göstərməsi müsbət təcrübədir - Nazir müavini
BAKI, 5 mart — Sputnik. Bu gün ölkədə autizmli uşaqlar sosial təminat proqramı, müxtəlif sosial xidmətlərlə təmin olunublar.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 4-cü Konqresdə çıxışı zamanı deyib.
O bildirib ki, autizmli övladı olan valideynlər üçün xüsusi dəstək klubunun fəaliyyət göstərməsi müsbət təcrübədir. Nazir bildirib ki, bu gün ölkədə 600 mindən çox uşaq sosial təminatla əhatə olunub.
Anar Kərimov qeyd edib ki, il ərzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 150-dən artıq layihənin icrası nəzərdə tutulub: "Evlərdə də xüsusi qayğıya ehtiyacı olan uşaqlara səyyar xidmətlər göstərilir. "Övladını tanı" mobil tətbiqi isə valideynə övladının diaqnostikasını apara bilmək üçün imkan verir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0