SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Akar Rusiya və Ukraynanın müdafiə nazirləri ilə nə danışıb?

© AP Photo / Virginia Mayo Hulusi Akar
 Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Hulusi Akar bildirib ki, Ankara Ukraynadakı vəziyyətlə bağlı müsbət irəliləyişlər gözləyir.
BAKI, 5 mart — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu və Ukrayna müdafiə naziri Oleksey Reznikovla apardığı danışıqlara aydınlıq gətirib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Hulusi Akar bildirib ki, səsmi Ankara Ukraynadakı vəziyyətlə bağlı müsbət irəliləyişlər gözləyir: "Fevralın 24-dən etibarən Türkiyə Müdafiə Nazirliyinin iki təyyarəsi hava məkanının bağlı olması səbəbindən Türkiyə vətəndaşlarını Kiyevdən təxliyə edə bilmir. Türkiyə bu təyyarələrin geri qaytarılması ilə əlaqədar Rusiya və Ukrayna ilə danışıqlar aparır.
Türkiyə müdafiə naziri bildirib ki, Montrö Konvensiyası ilə spekulyasiyaların aparılması faydalı olmayacaq: "Türkiyə sabitliyin tərəfdarıdır. Bundan sonra da lazım olduqca təmaslarımızı davam etdirəcəyik".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0