https://sputnik.az/20220304/zaporojye-aes-de-mumkun-qezanin-azerbaycan-ucun-ehtimal-olunan-fesadlari-439855738.html
Zaporojye AES-də mümkün qəzanın Azərbaycan üçün ehtimal olunan fəsadları
Zaporojye AES-də mümkün qəzanın Azərbaycan üçün ehtimal olunan fəsadları
Sputnik Azərbaycan
Alimin sözlərinə görə, hava axınları uçucu radioaktiv maddələri ölkəyə gətirə və bu da bitkilərə, meyvə-tərəvəz istehsalına təsir edə bilərdi. 04.03.2022, Sputnik Azərbaycan
2022-03-04T15:34+0400
2022-03-04T15:34+0400
2022-03-04T15:36+0400
cəmiyyət
aes
çernobıl
xəzər dənizi
qara dəniz
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439853547_0:266:3167:2047_1920x0_80_0_0_1e6161348281b0469f73d27b4742b3a8.jpg
BAKI, 4 mart — Sputnik. Zaporojyedəki Atom Elektrik Stansiyasına kənardan gələn su və elektrik təchizatı kəsilərdisə partlayış qaçılmaz olardı. Belə bir açıqlama ilə Sputnik Azərbaycan-a müsahibəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev çıxış edib.Ukraynanın Zaporojye vilayətindəki atom elektrik stansiyasında ötən gecə baş verən fövqəladə vəziyyətin mümkün fəsadları və Azərbaycana təsirlərindən danışan alim deyib ki, 2011-ci ildə Fukusima AES-da qəza məhz reaktorun su ilə soyutma sisteminin elektrik təchizatının kəsilməsi səbəbindən baş vermişdi.Direktorun sözlərinə görə, həmin dövrdə Azərbaycanda bir neçə il meyvə-tərəvəz məhsul verməyib:"Ölkəyə radioaktiv çirklənməyə məruz qalan məhsullar daxil oldu. İndi də qəza olardısa bütün bunlar təkrar baş verəcəkdi".Alimin sözlərinə görə, hava axınları uçucu radioaktiv maddələri ölkəyə gətirə və bu da bitkilərə, meyvə-tərəvəz istehsalına təsir edə bilərdi:"Bundan əlavə, insan orqanizminə də öldürücü olmasa belə radioaktiv təsir ola bilərdi. Radioaktiv axıntılar Qara dənizə və daha sonra Volqa-Don kanalı vasitəsilə Xəzər dənizinə çata bilərdi. Amma, bütün bu sadalananlar, sözsüz ki, Zaporojyedə ola biləcək mümkün fəsadlarla müqayisə olunmazdır, Azərbaycan üçün fəsadlar, əlbəttə, bu milyonlar dəfə daha zəif olardı".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220304/zaporojye-aes-de-texribat-rusiya-mn-teferruatlari-aciqladi-439852648.html
qara dəniz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439853547_0:0:2729:2047_1920x0_80_0_0_d22fcb7aac7ac836dfb76337dd5e6eee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aes, çernobıl, xəzər dənizi, qara dəniz
aes, çernobıl, xəzər dənizi, qara dəniz
Zaporojye AES-də mümkün qəzanın Azərbaycan üçün ehtimal olunan fəsadları
15:34 04.03.2022 (Yenilənib: 15:36 04.03.2022) Alimin sözlərinə görə, hava axınları uçucu radioaktiv maddələri ölkəyə gətirə və bu da bitkilərə, meyvə-tərəvəz istehsalına təsir edə bilərdi.
BAKI, 4 mart — Sputnik. Zaporojyedəki Atom Elektrik Stansiyasına kənardan gələn su və elektrik təchizatı kəsilərdisə partlayış qaçılmaz olardı. Belə bir açıqlama ilə Sputnik Azərbaycan-a müsahibəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev çıxış edib.
Ukraynanın Zaporojye vilayətindəki atom elektrik stansiyasında ötən gecə baş verən fövqəladə vəziyyətin mümkün fəsadları və Azərbaycana təsirlərindən danışan alim deyib ki, 2011-ci ildə Fukusima AES-da qəza məhz reaktorun su ilə soyutma sisteminin elektrik təchizatının kəsilməsi səbəbindən baş vermişdi.
"Zaporojye AES-da qəza olacağı təqdirdə bunun təsirləri mütləq Azərbaycanda müşahidə ediləcəkdi. Xüsusən də nəzərə alınsa ki, ZAES respublikaya 1986-cı ildə böyük qəza yaşanan Çernobıl atom stansiyasından daha yaxın yerləşir".
Direktorun sözlərinə görə, həmin dövrdə Azərbaycanda bir neçə il meyvə-tərəvəz məhsul verməyib:
"Ölkəyə radioaktiv çirklənməyə məruz qalan məhsullar daxil oldu. İndi də qəza olardısa bütün bunlar təkrar baş verəcəkdi".
Alimin sözlərinə görə, hava axınları uçucu radioaktiv maddələri ölkəyə gətirə və bu da bitkilərə, meyvə-tərəvəz istehsalına təsir edə bilərdi:
"Bundan əlavə, insan orqanizminə də öldürücü olmasa belə radioaktiv təsir ola bilərdi. Radioaktiv axıntılar Qara dənizə və daha sonra Volqa-Don kanalı vasitəsilə Xəzər dənizinə çata bilərdi. Amma, bütün bu sadalananlar, sözsüz ki, Zaporojyedə ola biləcək mümkün fəsadlarla müqayisə olunmazdır, Azərbaycan üçün fəsadlar, əlbəttə, bu milyonlar dəfə daha zəif olardı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.