https://sputnik.az/20220304/tengenin-manata-qarsi-mezennezi-niye-azalib-439837766.html
Tengənin manata qarşı məzənnəzi niyə azalıb?
Tengənin manata qarşı məzənnəzi niyə azalıb?
Sputnik Azərbaycan
Rusiya ilə ümumi iqtisadi məkanda (Avrasiya İqtisadi Birliyi) yerləşdiyinə görə, Qazaxıstan maliyyə cəhətdən qonşu ölkədəki vəziyyətdən böyük dərəcədə asılıdır.
2022-03-04T10:26+0400
2022-03-04T10:26+0400
2022-03-04T10:26+0400
cəmiyyət
manat
azərbaycan
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:2001:1125_1920x0_80_0_0_5361edb7b4166f8564e6e4f66528499a.jpg
BAKI, 4 mart — Sputnik. Bu gün Qazaxıstan tengəsinin (KZT) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 0,0034 manata (1 manat/294,12 tengə) təşkil edib ki, bu da 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir.Sputnik Azərbaycan xəbər verir ki, tengə özünün eniş dövrünü Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlaması və bu səbəbdən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda rublun zəifləməsi ilə başladı.Dollara qarşı tengə tarixi maksimuma artıq hərbi müdaxilənin birinci günləri – fevralın 24-25-də enmişdi. Fevralın 24-də tengeni güclənməsi üçün Qazaxıstan Milli Bankı uçot dərəcəsini 13,5%-ə qədər yüksəltmişdi və müəyyən intervensiyalar həyata keçirmişdi.Rusiya ilə ümumi iqtisadi məkanda (Avrasiya İqtisadi Birliyi) yerləşdiyinə görə, Qazaxıstan maliyyə cəhətdən qonşu ölkədəki vəziyyətdən böyük dərəcədə asılıdır.Bundan əlavə, rublun məzənnəsinin azalmasını Rusiyanın ixrac məhsullarını daha ucuz edir və rəqabət qabiliyyətinin saxlamaq üçün qonşu dövlətlərdə milli valyutaların məzənnələri enir. Hazırda Qazaxıstanda 1 dollar 500 tengə səviyyəsində mübadilə olunur.Beləliklə, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, tengənin dollar qarşısında dəyərsizləşməsi AZN-KZT cütlüyündə də tengəni kəskin endirib.Xatırladaq ki, hazırda Rusiya rublunun da məzənnəsi manata qarşı altıillik minimum səviyyəsində qalmaqdadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:1773:1330_1920x0_80_0_0_690134ab1836e85c19bc758d3bd7c724.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tengənin manata qarşı məzənnəzi mimimuma enib
tengənin manata qarşı məzənnəzi mimimuma enib
Tengənin manata qarşı məzənnəzi niyə azalıb?
Rusiya ilə ümumi iqtisadi məkanda (Avrasiya İqtisadi Birliyi) yerləşdiyinə görə, Qazaxıstan maliyyə cəhətdən qonşu ölkədəki vəziyyətdən böyük dərəcədə asılıdır.
BAKI, 4 mart — Sputnik. Bu gün Qazaxıstan tengəsinin (KZT) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 0,0034 manata (1 manat/294,12 tengə) təşkil edib ki, bu da 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sputnik Azərbaycan xəbər verir ki, tengə özünün eniş dövrünü Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlaması və bu səbəbdən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda rublun zəifləməsi ilə başladı.
Dollara qarşı tengə tarixi maksimuma artıq hərbi müdaxilənin birinci günləri – fevralın 24-25-də enmişdi. Fevralın 24-də tengeni güclənməsi üçün Qazaxıstan Milli Bankı uçot dərəcəsini 13,5%-ə qədər yüksəltmişdi və müəyyən intervensiyalar həyata keçirmişdi.
Rusiya ilə ümumi iqtisadi məkanda (Avrasiya İqtisadi Birliyi) yerləşdiyinə görə, Qazaxıstan maliyyə cəhətdən qonşu ölkədəki vəziyyətdən böyük dərəcədə asılıdır.
Bundan əlavə, rublun məzənnəsinin azalmasını Rusiyanın ixrac məhsullarını daha ucuz edir və rəqabət qabiliyyətinin saxlamaq üçün qonşu dövlətlərdə milli valyutaların məzənnələri enir. Hazırda Qazaxıstanda 1 dollar 500 tengə səviyyəsində mübadilə olunur.
Beləliklə, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, tengənin dollar qarşısında dəyərsizləşməsi AZN-KZT cütlüyündə də tengəni kəskin endirib.
Xatırladaq ki, hazırda Rusiya rublunun da məzənnəsi manata qarşı altıillik minimum səviyyəsində qalmaqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.