CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son 1 ayda Bakıda cinayət törədənlərin sayı açıqlanıb - VİDEO

© AFP 2024 / FRED DUFOURHəbs, arxiv şəkli
Həbs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Tutulan zaman onlardan birindən atəşə yararlı "Walter" markalı tapança və 4 ədəd parton da aşkar edilib.
BAKI, 4 mart — Sputnik. Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər tutulub.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslrədən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb.
Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər.
Tutulan zaman onlardan birindən atəşə yararlı "Walter" markalı tapança və 4 ədəd parton da aşkar edilib. Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən il Azərbaycanda etik davranış qaydalarını pozuduğuna görə işdən çıxarılan polis əməkdaşlarının sayı açıqlanıb.
Etik davranış məsələləri ilə bağlı 2021-ci il üzrə hesabatda qeyd edilib ki, 168 polis əməkdaşına intizam tənbehi verilib.
Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i tutduğu vəzifədən azad edilib, 117-i barəsində digər məsuliyyət tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Polis - Sputnik Azərbaycan, 1920, 02.03.2022
CƏMİYYƏT
Narkotik tacirləri fürsəti fövtə vermir: Azərbaycanı Kolumbiyaya çeviriblər - VİDEO
Xəbər lenti
0