https://sputnik.az/20220304/moskvada-simal-cenub-beynelxalq-neqliyyat-dehlizinin-inkisafi-muzakire-olunub-439862529.html
Moskvada "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə olunub
Moskvada "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə olunub
Sputnik Azərbaycan
Görüşdə qərara alınıb ki, rusiyalı mütəxəssislər işin gedişi ilə yerində tanış olduqdan sonra dəmir yolunun elektriklə təmin edilməsi üçün layihə hazırlayıb... 04.03.2022, Sputnik Azərbaycan
2022-03-04T23:37+0400
2022-03-04T23:37+0400
2022-03-04T23:37+0400
moskva
rusiya
şimal-cənub tranzit dəhlizi
iran
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656602_0:236:1920:1316_1920x0_80_0_0_8afabdfed90e76878711273a6f8e1dca.jpg
BAKI, 4 mart — Sputnik. İranın Rusiyadakı səfiri Kazım Cəlali "Rusiya Dəmir Yolları" ASC nin baş direktorunun birinci müavini Serqey Pavlov ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yollarının tikintisi və elektrik enerjisi ilə təminatı məsələləri müzakirə olunub.Nəzərə çatdırılıb ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti İran, Azərbaycan və Rusiya üçün mühüm əhəmiyyət daşıyır.Bu yol Şimali Avropa ilə Cənub Şərqi Asiya ölkələrini birləşdirəcək. İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə Şimali Avropaya qədər uzanacaq. Hazırda İran ərazisində dəhlizə daxil olan dəmir yolu xətlərindən Qəzvin-Rəşt yolu tikilib istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.İran səfiri bildirib ki, çətinliklərə baxmayaraq rəsmi Tehran Rəşt-Astara yolunu inşa edib başa çatdırmağa çalışır. Bu yol istismara buraxıldıqdan sonra Asiyadan Avropaya ixrac edilən yüklər Çabahar limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropaya daşınacaq.Qeyd olunub ki, yüklər əks istiqamətə də məhz bu yolla daşınacaq ki, bu da adı yuxarıda çəkilən hər 3 dövlətin tranzit gəlirlərinin artmasına və büdcələrinə valyuta axının təmin olunmasına zəmanət yaradır.Görüşdə qərara alınıb ki, rusiyalı mütəxəssislər işin gedişi ilə yerində tanış olduqdan sonra dəmir yolunun elektriklə təmin edilməsi üçün layihə hazırlayıb təqdim etsinlər.Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220221/kendlilerin-gozu-yolda-qalmayacaq---azerbaycan-rusiya-anlasmasi-ne-ved-edir-439411010.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656602_0:56:1920:1496_1920x0_80_0_0_72ff7e18cd4a615a947748828f1d1bc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskvada "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı müzakirə olunub
moskvada "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı müzakirə olunub
Moskvada "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə olunub
Görüşdə qərara alınıb ki, rusiyalı mütəxəssislər işin gedişi ilə yerində tanış olduqdan sonra dəmir yolunun elektriklə təmin edilməsi üçün layihə hazırlayıb təqdim etsinlər.
BAKI, 4 mart — Sputnik. İranın Rusiyadakı səfiri Kazım Cəlali "Rusiya Dəmir Yolları" ASC nin baş direktorunun birinci müavini Serqey Pavlov ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yollarının tikintisi və elektrik enerjisi ilə təminatı məsələləri müzakirə olunub.
Nəzərə çatdırılıb ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti İran, Azərbaycan və Rusiya üçün mühüm əhəmiyyət daşıyır.
Bu yol Şimali Avropa ilə Cənub Şərqi Asiya ölkələrini birləşdirəcək. İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə Şimali Avropaya qədər uzanacaq. Hazırda İran ərazisində dəhlizə daxil olan dəmir yolu xətlərindən Qəzvin-Rəşt yolu tikilib istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.
İran səfiri bildirib ki, çətinliklərə baxmayaraq rəsmi Tehran Rəşt-Astara yolunu inşa edib başa çatdırmağa çalışır. Bu yol istismara buraxıldıqdan sonra Asiyadan Avropaya ixrac edilən yüklər Çabahar limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropaya daşınacaq.
Qeyd olunub ki, yüklər əks istiqamətə də məhz bu yolla daşınacaq ki, bu da adı yuxarıda çəkilən hər 3 dövlətin tranzit gəlirlərinin artmasına və büdcələrinə valyuta axının təmin olunmasına zəmanət yaradır.
Görüşdə qərara alınıb ki, rusiyalı mütəxəssislər işin gedişi ilə yerində tanış olduqdan sonra dəmir yolunun elektriklə təmin edilməsi üçün layihə hazırlayıb təqdim etsinlər.
Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.