Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Çində "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq

© AFP 2024 / FRED DUFOURPekinə mənzərə
Pekinə mənzərə - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Dünyanın bir çox nüfuzlu ölkəsi BBMM-ə müraciət edərək "Azərbaycan multikulturalizmi" fənninin aparıcı ali təhsil müəssisələrində tədris təkliflərini irəli sürür.
BAKI, 4 mart — Sputnik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Azərbaycan multikulturalizmi" fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində 24 ölkənin nüfuzlu universitetlərində "Azərbaycan multikulturalizmi" tədris edilir.
Sputnik Azərbaycan xəbər verir ki, BBMM-in mətbuat xidmətinin verdiyi məlumata görə, dünyanın bir çox nüfuzlu ölkəsi BBMM-ə müraciət edərək "Azərbaycan multikulturalizmi" fənninin aparıcı ali təhsil müəssisələrində tədris təkliflərini irəli sürür. Cari ilin əvvəllərindən etibarən, bu sıraya daha bir xarici ölkənin nüfuzlu universiteti - Pekin Xarici Dillər Universiteti də əlavə olunub.
Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev həmin ali təhsil ocağında "Azərbaycan multikulturalizmi" fənninin çinli tələbələrə Azərbaycan dilində tədrisinə başlayıb.
Qeyd edək ki, dünyada Azərbaycandan kənarda əcnəbilər üçün ilk və yeganə Azərbaycan dili ixtisası məhz Aqşin Əliyevin rəhbərliyi altında Pekin Xarici Dillər Universitetində yaradılıb. 2018-ci ildə Çin ümumrespublika qəbul imtahanı vasitəsilə bu ixtisasa qəbul həyata keçirilib. Hazırda Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələr dördüncü kursdadırlar.
Cari ilin fevral-mart ayları ərzində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi vasitəsilə, tələbələrə ölkəmizin multikulturalizm modelinin özəllikləri, etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol kimi mühüm mövzularda mühazirələr təqdim olunub.
Qeyd edək ki, "Azərbaycan multikulturalizmi" fənninin xarici universitetdə Azərbaycan dilində tədrisi ilk dəfə həyata keçirilir. Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq" təşəbbüsünün öz real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdə "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0