CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bəhram Gur əjdahanı öldürür" fəvvarə-kompozisiyasının müəllifi vəfat edib

© Photo : Public DomenBəhram Gur
Bəhram Gur  - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan "Bəhram Gur əjdahanı öldürür" fontan-kompozisiyasının həmmüəllifi olub.
BAKI, 4 mart — Sputnik. Azərbaycanın Əməkdar rəssamı, Memarlıq və İnşaat Universitetinin (AZMİU) "Təsviri incəsənət" kafedrasının professoru Albert Mustafayev dünyasını dəyişib.
Sputnik Azərbaycan xəbər verir ki, Əməkdar rəssam 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Mustafayev 1931-ci il yanvarın 26-da Şəkidə anadan olub.
Məlumat üçün bildirək ki, tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan "Bəhram Gur əjdahanı öldürür" fontan-kompozisiyasının həmmüəllifi olub. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınıb.
Bundan başqa o, Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı "Nizami Gəncəvi" heykəlinin, Lütfəli Abdullayevin və Lətif Kərimovun xatirə lövhəsinin müəllifi olub.
Mərhum heykəltaraşın əsərləri təkcə Bakıda deyil, bölgələrdə də ucalıb.
Belə ki, Şəkidə Böyük Vətən müharibəsində həlak olmuş şəkililərin döyüş şöhrətini əbədiləşdirilməsi üçün 1974-cü ildə yaradılmış "Xatirə ansamblı"nın ərazisindəki "Ana heykəli"nin, Mingəçevirdə V.İ.Leninin heykəli, Şuşada Molla Pənah Vaqifin məqbərəsində Molla Pənah Vaqifin büstünün müəllifi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0