https://sputnik.az/20220304/azerbaycanda-kendlilerin-gelirleri-artacaq-aqroturizm-onlara-ne-ved-edir--439823346.html
Azərbaycanda kəndlilərin gəlirləri artacaq: aqroturizm onlara nə vəd edir?
Azərbaycanda kəndlilərin gəlirləri artacaq: aqroturizm onlara nə vəd edir?
Sputnik Azərbaycan
Aqroturizmin inkişafı insanların kəndlərdən şəhərlərə axınının qarşısını alır, kənd yerlərində iş yerlərinin açılmasına, yerlərdə məşğuluğun artmasına, kənd... 04.03.2022, Sputnik Azərbaycan
2022-03-04T10:00+0400
2022-03-04T10:00+0400
2022-03-04T10:00+0400
kəndli
iqtisadiyyat
kənd təsərrüfatı
kənd təsərrüfatı məhsulları
kənd təsərrüfatı nazirliyi
aqrobiznes
aqrolizinq
turizm
dövlət turizm agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264848_0:320:3073:2048_1920x0_80_0_0_1b03d8e2b53e311d3729c9a23bb0a0ef.jpg
BAKI, 4 mart — Sputnik. Azərbaycanda aqroturizmin inkişafı üçün müəyyən işlər görülür. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.Maraqlıdır, bu turizm növünün inkişafı Azərbaycana nə qazandıracaq?Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar turizimin müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi, şaxələndirilməsi ilə bağlı müxtəlif işlər görülür: "Aqroturizmin inkişafı ilə bağlı KOBİA tərəfindən müxtəlif işlər görülür, layihələr həyata keçirilir. Bu gedişlə yaxın gələcəkdə kənd turizmi, ekoturizm, təbiətlə bağlı turizm növlərində inkişaf olacaq".Ceyhun Aşurov bildirir ki, belə aqroturizmin inkişafı üçün aqroturizm marşrutları həmin o aqrosahələrdə salınır: "Urbanizasiyalaşmış dövrdə şəhər sakinləri istirahət, xoş zaman keçirtmək üçün daha çox kənd yerlərinə üz tuturlar. Onlar kənd yerlərində əkinçilik, heyvandarlıq, müxətlif məhsulların yetişdirilməsi, dərilməsi ilə yaxından tanış olmaq istəyirlər. Belə olan halda onlar ekoloji məhsulları yerində almaq imkanına sahib olurlar. Xüsusən, pandemiyadan sonrakı dövrdə insanların təbiətə qayıdışı, kənd həyatı ilə təmas onlara başqa bir zövq verir. Şəhər yerlərində yaşayanlar istirahət üçün kəndlərə, rayonlara üz tutmağı sevirlər. Görülən, görüləcək işlər kənd turizminin əhəmiyyətini daha da artıracaq". Ekspert bildirir ki, aqroturizmin ümumi turizmdə payı günü-gündən kifayət qədər artmaqdadır.Müxtəlif ölkələrin təcrübəsini nümunə göstərən Ceyhun Aşurov qeyd edir ki, müxtəlif ölkələrdə belə təcrübə var ki, turistlər hansısa məhsulun yetişdirilməsi prosesində - son mərhələdə iştirak edir: "İtaliyanın bəzi yerlərində şərab turizmi var. Gələn turistlər şərabın hazırlanması prosesi ilə tanış olurlar. Bəzi yerlər var ki, orada xüsusi yeməklər bişirirlər, taxılçılığın inkişaf etdiyi ərazidə yığılan məhsuldan çörək hazırlayırlar. Bu kimi fəaliyyət növləri insanları daha çox cəlb edir. Bu cür fəaliyyət növləri kəndlərdə yaşayan sakinlərə iqtisadi baxımdan faydalı olur. Burada əsas mesaj təbiətə yaxınlaşmaq, onun fərqində olmaqdan, ekosistemi düşünməkdən ibarətdir. Bu dayanıqlı turizm sayılır, insanlar təbiəti daha çox qoruyurlar, tullantıların geri dönüşünü təmin edirlər. Aqroturizmin inkişafı insanların kəndlərdən şəhərlərə axınının qarşısını alır, kənd yerlərində iş yerlərinin açılmasına, yerlərdə məşğuluğun artmasına, kənd həyatının canlanmasına səbəb olur". İnfrastruktura gəldikdə isə, o qeyd edir ki, ümumi əsas yollarda infrastruktur var, kommunal xətlər mövcuddur: "Lakin bəzi kəndlər var ki, orada turistləri qəbul etmək üçün müəyyən standartlar olmalıdır. Şəraitin müəyyən standartlara cavab verməsi lazımdır ki, bura həm də sanitar-gigiyenik normalar, orada qalmaq, yeyəcək-içəcəklə təminat məsələsi önəmlidir. Bütün bunlar olduqdan sonra bu turizm növünə daha çox müraciət edilə bilər. Bununla paralel olaraq marketinq, tanıtım işi də həyata keçməlidir".KOBİA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, müasir dövrümüzdə insanlar öz həyatlarında innovativ və yeni əyləncə üsulları axtarışındadır. Bu baxımdan, ötən dekada ərzində kənd turizmi, o cümlədən aqroturizm səyahətçilər arasında yeni trendə çevrilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun mütəxəssislərin hesablamalarına əsasən bildirib ki, dünyada aqroturizm bazarının həcmi 2019-cu ildə 42 mlrd. ABŞ dollarından çox olub və bu rəqəmin 2027-ci ilə qədər 60 mlrd. dolları keçəcəyi proqnozlaşdırılır: "Aqroturizm ümumilikdə turizm sektoru üçün yeni fürsətlər açır və insanların şəhər həyatında asanlıqla tapa bilmədiyi yaşıl sakit mühit, kənd həyatı və fermer təcrübəsini yaşamaq imkanı yaradır. Aqroturizm sektorunun əsas üstünlüyü fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalından savayı əlavə, ən əsası, dayanıqlı gəlir mənbəyi təmin etməsidir. Ölkə üçün isə regionlarda məşğulluğun artırılması və valyutanın gətirilməsi deməkdir. Bu baxımdan, aqroturizm sektoru iqtisadi inkişafın dəstəklənməsinə və inkişaf tempinin sürətləndirilməsinə əhəmiyyətli töhfə verə bilər".Orxan Məmmədov qeyd edib ki, ölkədə məşğulluğun strukturunda aqrar sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu Azərbaycanda arqoturizmin inkişafı üçün geniş potensial imkanların olmasına dəlalət edir. Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına böyük qayıdış planı çərçivəsində "ağıllı kənd" layihələrinin icrası və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək. Qeyd edək ki, yeni bazar imkanlarını öyrənmək niyyətində olan biznes subyektləri KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması dəstəyindən faydalana bilərlər. Turistləri daha çox cəlb etmək üçün aqrar sektorda innovativ yanaşmaların tətbiqində maraqlı olan şəxslər isə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramına müraciət edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir.Bundan əlavə, qeyd edək ki, 2021-ci ilin may ayında KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə verilib. Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilib. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, dünyanın ən mükəmməl səkkiz aqroturizm mərkəzindən biri də Tayvanda yerləşir. Burada kənd yerlərində turistləri hotellərə cəlb etməkdən daha çox kənd evlərinə cəlb etməyə, onları inkişaf etdirməyə üstünlük verilir. Kiçik fermerlər, sahibkarlar qalmaq üçün evlər təklif edir, bu zmaan turistlər özləri hazırladıqları məhsullardan dadır, qidalanır, müxtəlif prosslərdə iştirak edir, zamanının böyük hissəsini təbiətin qoynunda keçirirlər.Aqroturizmə görə məşhur ölkələrdən biri də İtaliyadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264848_0:0:2731:2048_1920x0_80_0_0_a1310ce5d3ab8c52fbe45bbb03da5a5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan kəndliləri necə varlana bilərlər
azərbaycan kəndliləri necə varlana bilərlər
Azərbaycanda kəndlilərin gəlirləri artacaq: aqroturizm onlara nə vəd edir?
Aqroturizmin inkişafı insanların kəndlərdən şəhərlərə axınının qarşısını alır, kənd yerlərində iş yerlərinin açılmasına, yerlərdə məşğuluğun artmasına, kənd həyatının canlanmasına səbəb olur.
BAKI, 4 mart — Sputnik. Azərbaycanda aqroturizmin inkişafı üçün müəyyən işlər görülür. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Maraqlıdır, bu turizm növünün inkişafı Azərbaycana nə qazandıracaq?
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar turizimin müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi, şaxələndirilməsi ilə bağlı müxtəlif işlər görülür: "Aqroturizmin inkişafı ilə bağlı KOBİA tərəfindən müxtəlif işlər görülür, layihələr həyata keçirilir. Bu gedişlə yaxın gələcəkdə kənd turizmi, ekoturizm, təbiətlə bağlı turizm növlərində inkişaf olacaq".
Ceyhun Aşurov bildirir ki, belə aqroturizmin inkişafı üçün aqroturizm marşrutları həmin o aqrosahələrdə salınır:
"Urbanizasiyalaşmış dövrdə şəhər sakinləri istirahət, xoş zaman keçirtmək üçün daha çox kənd yerlərinə üz tuturlar. Onlar kənd yerlərində əkinçilik, heyvandarlıq, müxətlif məhsulların yetişdirilməsi, dərilməsi ilə yaxından tanış olmaq istəyirlər. Belə olan halda onlar ekoloji məhsulları yerində almaq imkanına sahib olurlar. Xüsusən, pandemiyadan sonrakı dövrdə insanların təbiətə qayıdışı, kənd həyatı ilə təmas onlara başqa bir zövq verir. Şəhər yerlərində yaşayanlar istirahət üçün kəndlərə, rayonlara üz tutmağı sevirlər. Görülən, görüləcək işlər kənd turizminin əhəmiyyətini daha da artıracaq".
Ekspert bildirir ki, aqroturizmin ümumi turizmdə payı günü-gündən kifayət qədər artmaqdadır.
Müxtəlif ölkələrin təcrübəsini nümunə göstərən Ceyhun Aşurov qeyd edir ki, müxtəlif ölkələrdə belə təcrübə var ki, turistlər hansısa məhsulun yetişdirilməsi prosesində - son mərhələdə iştirak edir:
"İtaliyanın bəzi yerlərində şərab turizmi var. Gələn turistlər şərabın hazırlanması prosesi ilə tanış olurlar. Bəzi yerlər var ki, orada xüsusi yeməklər bişirirlər, taxılçılığın inkişaf etdiyi ərazidə yığılan məhsuldan çörək hazırlayırlar. Bu kimi fəaliyyət növləri insanları daha çox cəlb edir. Bu cür fəaliyyət növləri kəndlərdə yaşayan sakinlərə iqtisadi baxımdan faydalı olur. Burada əsas mesaj təbiətə yaxınlaşmaq, onun fərqində olmaqdan, ekosistemi düşünməkdən ibarətdir. Bu dayanıqlı turizm sayılır, insanlar təbiəti daha çox qoruyurlar, tullantıların geri dönüşünü təmin edirlər. Aqroturizmin inkişafı insanların kəndlərdən şəhərlərə axınının qarşısını alır, kənd yerlərində iş yerlərinin açılmasına, yerlərdə məşğuluğun artmasına, kənd həyatının canlanmasına səbəb olur".
İnfrastruktura gəldikdə isə, o qeyd edir ki, ümumi əsas yollarda infrastruktur var, kommunal xətlər mövcuddur: "Lakin bəzi kəndlər var ki, orada turistləri qəbul etmək üçün müəyyən standartlar olmalıdır. Şəraitin müəyyən standartlara cavab verməsi lazımdır ki, bura həm də sanitar-gigiyenik normalar, orada qalmaq, yeyəcək-içəcəklə təminat məsələsi önəmlidir. Bütün bunlar olduqdan sonra bu turizm növünə daha çox müraciət edilə bilər. Bununla paralel olaraq marketinq, tanıtım işi də həyata keçməlidir".
KOBİA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, müasir dövrümüzdə insanlar öz həyatlarında innovativ və yeni əyləncə üsulları axtarışındadır. Bu baxımdan, ötən dekada ərzində kənd turizmi, o cümlədən aqroturizm səyahətçilər arasında yeni trendə çevrilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun mütəxəssislərin hesablamalarına əsasən bildirib ki, dünyada aqroturizm bazarının həcmi 2019-cu ildə 42 mlrd. ABŞ dollarından çox olub və bu rəqəmin 2027-ci ilə qədər 60 mlrd. dolları keçəcəyi proqnozlaşdırılır:
"Aqroturizm ümumilikdə turizm sektoru üçün yeni fürsətlər açır və insanların şəhər həyatında asanlıqla tapa bilmədiyi yaşıl sakit mühit, kənd həyatı və fermer təcrübəsini yaşamaq imkanı yaradır. Aqroturizm sektorunun əsas üstünlüyü fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalından savayı əlavə, ən əsası, dayanıqlı gəlir mənbəyi təmin etməsidir. Ölkə üçün isə regionlarda məşğulluğun artırılması və valyutanın gətirilməsi deməkdir. Bu baxımdan, aqroturizm sektoru iqtisadi inkişafın dəstəklənməsinə və inkişaf tempinin sürətləndirilməsinə əhəmiyyətli töhfə verə bilər".
Orxan Məmmədov qeyd edib ki, ölkədə məşğulluğun strukturunda aqrar sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu Azərbaycanda arqoturizmin inkişafı üçün geniş potensial imkanların olmasına dəlalət edir. Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına böyük qayıdış planı çərçivəsində "ağıllı kənd" layihələrinin icrası və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək.
Qeyd edək ki, yeni bazar imkanlarını öyrənmək niyyətində olan biznes subyektləri KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması dəstəyindən faydalana bilərlər. Turistləri daha çox cəlb etmək üçün aqrar sektorda innovativ yanaşmaların tətbiqində maraqlı olan şəxslər isə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramına müraciət edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir.
Bundan əlavə, qeyd edək ki, 2021-ci ilin may ayında KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə verilib.
Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilib. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, dünyanın ən mükəmməl səkkiz aqroturizm mərkəzindən biri də Tayvanda yerləşir. Burada kənd yerlərində turistləri hotellərə cəlb etməkdən daha çox kənd evlərinə cəlb etməyə, onları inkişaf etdirməyə üstünlük verilir. Kiçik fermerlər, sahibkarlar qalmaq üçün evlər təklif edir, bu zmaan turistlər özləri hazırladıqları məhsullardan dadır, qidalanır, müxtəlif prosslərdə iştirak edir, zamanının böyük hissəsini təbiətin qoynunda keçirirlər.
Aqroturizmə görə məşhur ölkələrdən biri də İtaliyadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.