https://sputnik.az/20220303/reabilitasiya-muessisesine-qebul-eidlen-usaqlarin-sayi-aciqlandi-439809106.html
Reabilitasiya müəssisəsinə qəbul edilən uşaqların sayı açıqlandı
Reabilitasiya müəssisəsinə qəbul edilən uşaqların sayı açıqlandı
Sputnik Azərbaycan
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə bu il 1-i sağlamlıq imkanı məhdud olmaqla... 03.03.2022, Sputnik Azərbaycan
2022-03-03T16:14+0400
2022-03-03T16:14+0400
2022-03-03T17:33+0400
uşaq
cəmiyyət
reabilitasiya
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_684:589:2524:1624_1920x0_80_0_0_4873b60121bd34f6b542945c7aea5495.jpg
BAKI, 3 mart — Sputnik. Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə bu il 1-i sağlamlıq imkanı məhdud olmaqla, ümumilikdə 7 yeniyetmə qəbul edilib. Şöbədə hazırda 25 nəfər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir. Xüsusilə həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası, reabilitasiyası işləri aparılır.Agentlikdən verilən məlumatda bildirilib ki, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.Filiala qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq. Sosial işçilər, psixoloq, tibb işçisi, pedoqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək.Qeyd edək ki, həmin müəssisədə Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsi, Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi və Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_738:603:2440:1879_1920x0_80_0_0_c6ee1f1f144106184bf7a40f7ea9d899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, reabilitasiya, əmək və əhalinin sosial müdafiə nazirliyi
uşaq, reabilitasiya, əmək və əhalinin sosial müdafiə nazirliyi
Reabilitasiya müəssisəsinə qəbul edilən uşaqların sayı açıqlandı
16:14 03.03.2022 (Yenilənib: 17:33 03.03.2022) Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə bu il 1-i sağlamlıq imkanı məhdud olmaqla, ümumilikdə 7 yeniyetmə qəbul edilib
BAKI, 3 mart — Sputnik. Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə bu il 1-i sağlamlıq imkanı məhdud olmaqla, ümumilikdə 7 yeniyetmə qəbul edilib. Şöbədə hazırda 25 nəfər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir. Xüsusilə həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası, reabilitasiyası işləri aparılır.
Agentlikdən verilən məlumatda bildirilib ki, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.
Filiala qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq. Sosial işçilər, psixoloq, tibb işçisi, pedoqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək.
Qeyd edək ki, həmin müəssisədə Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsi, Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi və Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.