Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qərbin Rusiyaya qarşı sanksiyaları Azərbaycana təsir edəcəkmi?

Abunə olmaq
Qərb Rusiya təyyarələri üçün hava məkanının bağlanması, SWIFT sistemindən uzaqlaşdırılması və digər qadağaları əhatə edən Rusiyaya qarşı sanksiyalara başlayıb. Rusiyaya qarşı sanksiyalar Azərbaycana təsir edəcəkmi?
Sputnik Azərbaycan-ın teleqram kanalında aparılan sorğudan məlum olub ki, respondentlərin 47%-i Qərb sanksiyalarının Azərbaycana təsir edəcəyinə inanır. Eyni zamanda, 2709 respondentin 43%-i sanksiyaların ölkəyə heç bir şəkildə təsir etməyəcəyinə ümid edir.
Xatırladaq ki, Rusiya Federasiyasının Donbasın müdafiəsi üzrə keçirdiyi xüsusi əməliyyatla əlaqədar Aİ ölkələri, İngiltərə və ABŞ Rusiyaya qarşı sanksiyalara başlayıblar. Belə ki, Avropa İttifaqı Rusiya təyyarələri üçün öz hava məkanını bağlayıb. Bundan əlavə, Aİ Rusiya Mərkəzi Bankının ehtiyat və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları da qadağan edib. Eyni zamanda, Rusiya Federasiyası Mərkəzi Bankının maliyyə ehtiyatlarının təxminən yarısı dondurulacaq.
Həmçinin, Almaniya Nazirlər Kabinetində bildirildiyi kimi, artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları, lazım gələrsə, digər Rusiya bankları SWIFT ödəniş tapşırığı sistemindən kənarlaşdırılacaq.
Bu yaxınlarda anti-Rusiya sanksiyalarının Azərbaycana mümkün təsirini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar Bayramov bildirib ki, Rusiyaya qarşı sanksiyalar Azərbaycanda valyuta daxilolmalarının həcminə ciddi təsir göstərməyəcək, ancaq qeyri-neft sektorunun gəlirlərini azalda bilər.
Rublun zəifləməsi fonunda ölkədə alıcılıq qabiliyyətinin aşağı düşəcəyi gözlənilir və bu idxalın azalmasına səbəb olacaq. Deputat hesab edir ki, bu mənada Azərbaycanın Rusiyaya ixracının azalması mümkündür.
Bayramov qeyd edib ki, sanksiyalar Rusiyadakı həmvətənlərimizdən də yan keçməyəcək: "Bu isə Rusiyadan Azərbaycana daha az pulun daxil olması deməkdir. Rusiyadan Azərbaycana hər il müxtəlif yollarla təqribən 1 milyard dollardan çox vəsait göndərilir".
Xəbər lenti
0