DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın yeni prezidenti seçilib

© Sputnik / Aram NersesyanКандидат в президенты Армении, министр высокотехнологичной промышленности Ваагн Хачатурян на очередном заседании Национального Собрания Армении (2 марта 2022). Еревaн
Кандидат в президенты Армении, министр высокотехнологичной промышленности Ваагн Хачатурян на очередном заседании Национального Собрания Армении (2 марта 2022). Еревaн - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.
BAKI, 3 mart - Sputnik. Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilib.
Sputnik Ermənstan-ın xəbərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan 71 səslə Prezident seçilib.
Xaçatryan Ermənistan tarixinin 5-ci Prezidenti olacaq.
Vaaqn Xaçatryan səsvermənin bririnci turunda cəmi 69 səs toplayıb. Bu da lazım olan minimum səs sayından (81) az olub.
Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.
Ermənistan Konstitusiyasına görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0