Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan vətəndaşlarını Ukraynadan təxliyə edən növbəti təyyarə Bakıya enib

© Photo : AZALFüzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı  - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
Kiyevdə yaşayan azərbaycanlılar sağ-salamat vətənə qayıtdıqlarına görə, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür ediblər.
BAKI, 3 mart - Sputnik. Biz heç cür Kiyevdən çıxa bilmirdik, Azərbaycan Prezidentinin uğurlu səyləri nəticəsində bu gün sağ-salamat ölkəyə qayıtdıq.
Bu sözləri bu gün Ukraynadan ölkəyə təxliyə olunan Aynurə Abbasova APA-ya deyib.
A.Abbasova qeyd edib ki, həyat yoldaşı və dörd övladı ilə birgə 24 ildir ki, Kiyev şəhərində yaşayırlar. Həyat yoldaşı Ukrayna vətəndaşı olduğu üçün orda qalıb. Fevralın 24-də Kiyevə hücum başladığı gündən iki gün zirzəmilərdə qalıblar.
Həmvətənimiz isti münasibətə və rahat təxliyəyə görə Azərbaycanın Moldovakı səfirliyinə də təşəkkür edib.
***
Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirmək üçün təşkil olunan növbəti çarter reysi Bakıya enib.
"Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər (183 qadın, yaşlı və 18 körpə) ölkəyə qayıdıb.
Qeyd edək ki, bundan əvvəl təşkil olunan üç çarter reysləri ilə daha 510 nəfər Azərbaycana gətirilib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Azərbaycan vətəndaşları gündəlik aviareyslərlə Ukraynadan təxliyə olunur
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirir.
Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0