Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Akademik Rus Dram Teatrı premyeraya hazırlaşır

© Sputnik / Ilham MustafayevСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
"Və qadın gəlirdi..." adlı tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovdur
BAKI, 3 mart — Sputnik. Martın 26-27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Qara paltarlı qadın gəlirdi" romanı əsasında səhnələşdirilən tamaşanın premyerası olacaq.
Teatrdan Sputnik Azərbaycan-a bildirilib ki, "Və qadın gəlirdi..." adlı tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim rəssamları Anna İbrahimova və Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
© Sputnik / Kemale AliyevaПремьера спектакля "Прости за любовь" на сцене Русского драматического театра
Премьера спектакля Прости за любовь на сцене Русского драматического театра - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Премьера спектакля "Прости за любовь" на сцене Русского драматического театра
Tamaşanın musiqi həlli Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya və səhnə plastikası Xalq artisti Fuad Osmanova məxsusdur. Xoreoqrafiya üzrə assistentlər Əməkdar artistlər Mariya Duboviskaya və Həcər Ağayevadır.
Qeyd edək ki, rolları Xalq artistləri Məbud Məhərrəmov və Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva, Mariya Duboviskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Salman Bayramov və Yuri Omelçenko ifa edirlər.
Maqsud İbrahimbəyovun romanında hadisələr XX əsrin 80-90-cı illərində Abşeronda, dənizkənarı yaşayış məntəqələrindən birində cərəyan edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0