https://sputnik.az/20220302/socar-ukraynadaki-yanacaqdoldurma-menteqelerinin-yanacaqla-teminatinda-problemler-yaranib-439770564.html
SOCAR: Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yanacaqla təminatında problemlər yaranıb
SOCAR: Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yanacaqla təminatında problemlər yaranıb
Sputnik Azərbaycan
Yanacaqdoldurma məntəqələrində ödənişi nağd və ödəniş sistemləri stabil şəkildə çalışdığı təqdirdə bank kartları vasitəsilə həyata keçimək mümkündür. 02.03.2022, Sputnik Azərbaycan
2022-03-02T14:47+0400
2022-03-02T14:47+0400
2022-03-02T14:52+0400
socar
iqtisadiyyat
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439649921_0:0:1000:563_1920x0_80_0_0_550578e1786c7248ba1b174112f2085f.jpg
BAKI, 2 mart — Sputnik. "SOCAR Energy Ukraine" ölkədə baş verən hadisələr səbəbi ilə operativ şəkildə Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrini yanacaq ilə təmin edə bilmir.Bu barədə şirkətin Facebook səhifəsində məlumat yerləşdirilib.Məlumatda deyilir:"Dostlar, biz həqiqətən də hər zamanki kimi xidmətə davam etmək istəyirik, lakin indiki fövqəladə şəraitdə təəssüf ki, bütün yanacaqdoldurma məntəqələrinə yanacağı operativ şəkildə daşıya bilmirik.Saytda (ilk şərhdə keçid) və SOCAR-ın tətbiqində yanacaqdoldurma məntəqələrinin xəritəsi, onların işi haqqında məlumat yerləşdirilib.Yanacaqdoldurma məntəqəsi yalnız xüsusi nəqliyyat vasitələrinə xidmət edir. Bununla bağlı müvafiq təyinat var.Təəssüf ki, yanacağı onlayn şəkildə almaq mümkün deyil.Yanacaqdoldurma məntəqələrində ödənişi nağd və ödəniş sistemləri stabil şəkildə çalışdığı təqdirdə bank kartları vasitəsilə həyata keçimək mümkündür.Nəzərə alın ki, yanacaqdoldurma məntəqəsinin bir hissəsi yalnız təcili yardım və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə məxsus avtomobillərinə xidmət göstərir.Ukraynaya inamla"Xatırladaq ki, "SOCAR Energy Ukraine"nin yanacaqdoldurma məntəqələri Ukraynadakı hərbi əməliyytala əlaqədar olaraq təcili yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə məxsus avtomobilləri pulsuz yanacaqla təchiz edir.Bu barədə qərar Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevdən yanacaqla bağlı xahişlərindən sonra verilib. Zelenski İlham Əliyevə humanitar dəstəyə və tibbi yardıma görə təşəkkür edib.Ukraynada nə baş verirFevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndəribAzərbaycanlı tələbələr kilsəyə sığındıBu gün azərbaycanlılar Kiyevdən qatarla çıxarılacaqlar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439649921_40:0:1000:720_1920x0_80_0_0_abf3ffd1afabe7dd980af155f154c233.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
socar, ukrayna
SOCAR: Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yanacaqla təminatında problemlər yaranıb
14:47 02.03.2022 (Yenilənib: 14:52 02.03.2022) Yanacaqdoldurma məntəqələrində ödənişi nağd və ödəniş sistemləri stabil şəkildə çalışdığı təqdirdə bank kartları vasitəsilə həyata keçimək mümkündür.
BAKI, 2 mart — Sputnik. "SOCAR Energy Ukraine" ölkədə baş verən hadisələr səbəbi ilə operativ şəkildə Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrini yanacaq ilə təmin edə bilmir.
Bu barədə şirkətin Facebook səhifəsində məlumat yerləşdirilib.
"Dostlar, biz həqiqətən də hər zamanki kimi xidmətə davam etmək istəyirik, lakin indiki fövqəladə şəraitdə təəssüf ki, bütün yanacaqdoldurma məntəqələrinə yanacağı operativ şəkildə daşıya bilmirik.
Saytda (ilk şərhdə keçid) və SOCAR-ın tətbiqində yanacaqdoldurma məntəqələrinin xəritəsi, onların işi haqqında məlumat yerləşdirilib.
Yanacaqdoldurma məntəqəsi yalnız xüsusi nəqliyyat vasitələrinə xidmət edir. Bununla bağlı müvafiq təyinat var.
Təəssüf ki, yanacağı onlayn şəkildə almaq mümkün deyil.
Yanacaqdoldurma məntəqələrində ödənişi nağd və ödəniş sistemləri stabil şəkildə çalışdığı təqdirdə bank kartları vasitəsilə həyata keçimək mümkündür.
Nəzərə alın ki, yanacaqdoldurma məntəqəsinin bir hissəsi yalnız təcili yardım və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə məxsus avtomobillərinə xidmət göstərir.
Xatırladaq ki, "SOCAR Energy Ukraine"nin yanacaqdoldurma məntəqələri Ukraynadakı hərbi əməliyytala əlaqədar olaraq təcili yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə məxsus avtomobilləri pulsuz yanacaqla təchiz edir.
Bu barədə qərar Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevdən yanacaqla bağlı xahişlərindən sonra verilib. Zelenski İlham Əliyevə humanitar dəstəyə və tibbi yardıma görə təşəkkür edib.
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.