Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb rus mədəniyyətini "ləğv edir"

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçidRusiyada konsert
Rusiyada konsert - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Hazırkı şüarlar nə qədər absurd səslənsə də, müasir herostrat-atlantistlər nə qədər dəhşətli görünsələr də, onların bugünkü niyyətləri tamamilə şəffafdır.
BAKI, 2 mart — Sputnik. Maestro Gergiyev Bavariya paytaxtının Münhen Orkestrinin baş dirijoru vəzifəsindən kənarlaşdırılıb.
Bir neçə saat sonra primadonna Netrebkonun adı La Skalanın mart ayının afişalarından çıxarıllb.
Milan teatrı dünyanın ən yaxşı sopranolarından birinin "xəstə" olduğunu bildirib.
Opera səhnəsinin ulduzu dərhal cavab verdi: "Mən sağlamam, ancaq gəlməyəcəm".
Belə ki, onlar Rusiyanı siyasi cəhətdən – bu ölkəyə "təcavüzkar", eləcə də "azadlıqları və tərəqqini boğan" kimi qələmə verərək, daha sonra isə məhdudiyyətləri tətbiq edərək iqtisadi cəhətdən ləğv etməyə cəhd etdikdən sonra bu gün gündəmdə yeni, ancaq yəqin ki, ən çətin vəzifə var: Musiqiçilərimizin konsertləri ardıcıl olaraq ləğv edilərək, Rusiya rəssamlarının sərgilərini təşkil etməyi dayandıraraq və hətta manikürlü barmağı ilə rus ədəbiyyatına işarə edərək guya orada "imperator ruhu"nu tərif edənlərin və onların arasında Lev Tolstoyun və onun "Müharibə və Sülh" əsərinin adını çəkərək Rusiya dünya mədəniyyəti məkanından qovulacaq.
Hazırkı şüarlar nə qədər absurd səslənsə də, müasir herostrat-atlantistlər nə qədər dəhşətli görünsələr də, onların bugünkü niyyətləri tamamilə şəffafdır: biz (tarixi yenidən yazanlara onların maliyyə yardımı ilə) bundan sonra öz irsimizdən məhrum olacağıq.
İrs isə Brent markalı nə neftin qiyməti, nə də birjada qaz spotlarının kotirovkası deyil. Hətta Mərkəzi Bankın qızıl-valyuta ehtiyatları da deyil.
İrs bizim mədəniyyətimizdir. Novqorodun Ağcaqayın qabığından düzəldilmiş yazı lövhələrindən tutmuş Çaykovskinin Birinci konsertinə qədər, ilk çap ustası İvan Fyodorovun əl işlərindən tutmuş, yeri gəlmişkən, Karl Faberjenin hələ heç kimin təkrar edə bilmədiyi mina sənətkarlıq nümumələrinə qədər.
Artıq Rusiya mədəniyyətinin ləğvinə başlanılıb, fit çalınıb və artıq tədbirlər görülüb.
Nyu-Yorkun Karnegi Hollu Vyana Filarmoniya Orkestrinin dirijor stendində dayanmalı olan Valeri Gergiyevin konsertlərdə iştirakını ləğv edilib. Plakatdan pianoçu Denis Matsuevin adı da silinib.
Səbəbin adı çəkilməsə də, mətbuat, o cümlədən "The New York Times" məşhur konsert zalının rəhbərliyinin, eləcə də Karnegi Holl qəyyumlar şurasının qorxularını dilə gətirib ki, "Maestro Gergiyevin belə bir vəziyyətdə konsertlərdə iştirakı cəmiyyət tərəfindən yanlış təfsir oluna bilər cəmiyyətə səhv (sic!) siqnal göndərilə bilər".
Etirazlı mütaliə aşağıdakı nəticəyə gətirib çıxarır: səssiz eyhamlara əsasən, dünya şöhrətli dirijordan Rusiya-Ukrayna böhranı ilə bağlı son hadisələr fonunda öz mövqeyini açıq şəkildə açıqlaması tələb olunurdu.
Güman etmək olar ki, eyni şeyi məşhur pianoçu Matsuevdən də tələb ediblər.
Reaksiyaya və Maestro Gergiyevin əvəzinə başqasının tez tapıldığına görə, Nyu-Yorkda heç kim onun və Matsuevin cavablarına şübhə etmirdi.
Avropa Rusiya əleyhinə koalisiya üzrə böyük tərəfdaşından geri qalmır. Bir anda İtaliyanın Milan və Bavariyanın Münhen şəhərlərinin bələdiyyə başçıları dirijor Gergiyevə oxşar tələbləri bildirdilər və eyni şəkildə Rusiyadan imtina etmələrini (bir kürək deyək, bunun vaxtı gəldi) istədilər.
Bəli, orada "maestronun bu gün Putinə necə münasibət bildirməsi və onun qərarlarını bəyənib- bəyənməməsi" ilə bağlı bir şey yayıldı, ancaq sadəlövh siyasətçilik heç kəsi yanıltmamalıdır: Avropa və ABŞ-da işləmək imkanını ifadə edən dəvəti qorumaq üçün, məşhur musiqiçidən xalq qarşısında vətənindən imtina etməsi tələb olunurdu.
Əslində, biz planetar və görünməmiş miqyasda sivilizasiyanın çöküşündə iştirak edirik: bu gün səhnədə çıxış, dirijorluq, ifa etmək üçün (sabah - səhnəyə çıxmaq, rəsm çəkmək, sərgilərdə iştirak etmək üçün) ictimaiyyətə - bütün dünyaya birincisi açıq şəkildə öz ölkəsindən imtina etmək və ikincisi isə Atlantik elitasına sədaqət andı içmək tələb olunur.
İstedad, bacarıq, qabiliyyət, virtuozluq ifa kimi kateqoriyalar ümumiyyətlə heç bir məna kəsb etmir, çünki Vyana Filarmoniyasınında Gergiyevin özünü pult arxasında, Matsuyevin isə "Steinway"da əvəz etmək, daha doğrusu, onları ləgv etmək mümkünsə və hətta Karnegi Holl səhnəsində həm tamaşaçıların, həm də ictimaiyyətin tam sükutu ilə (yəni razılıq əlaməti), bu o deməkdir ki, istənilən hər kəsi prinsipcə əvəz edə, daha doğrusu ləğv etmək mümkündür.
Üstəlik, bu səviyyədə olan musiqiçilərin həmrəyliyi ilə hər şey olduğu kimidir və əvəzedici kimi olanlar və əvəz etməkdə davam edənlər belə qərarlarda açıq şəkildə şübhə etmirdilər.
Bütün bunlar "dəhşətli və totalitar SSRİ-də" baş vermir, hardaki həqiqətən yarım əsr əvvəl konsert vermək, repertuar seçmək, dəvət olunduğun yerdə çıxış etmək imkanını itirmək çox asan idi, eləcə də zəruri hesab etdiyini bədii cəhətdən əsaslı görünən üslubda səhnəyə qoymaq, mühüm məsələləri gündəmə gətirən film çəkmək imkanını itirmək kimi.
Bu gün bütün azadlıq və hüquqlarla fəxr edən və hələ də qürur duyan Qərbdə ən tutqun və fanatik mənada cəhalətpərəstliyin necə yüksəldiyini kədərlə müşahidə edirik: "Bizimlə olmayanlar bizə qarşıdır!", ən dəhşətli senzura canlandırılır, mövcud səlahiyyətlilər tamamilə könüllü olaraq hər kəsin sədaqətini yoxlamağa başlayırlar – nəinki indiki anda, həm də keçmişdə və əgər tərcümeyi-halda indiki nöqteyi-nəzərdən parlaq olmayan məqamlar aşkarlansa insanı əvvəlcədən "utanc verici sütuna bərkidirlər".
Babelin Bebeldən, Qoqolun Hegeldən nə ilə fərqləndiyini bilməyən savadsız ortalığın diktaturası bu gün Avropa mədəniyyətinin gündəmini təşkil edir. Çünki istedadlı və güclü olanlarla hesablaşmaq, həm də onların yerlərini tutmaq, bu yerlərə uyğun qonorar və digər sosial paketləri əldə etmək daha asandır.
Marksizm-leninizm və kapitalist liberalizmin mədəniyyət rinqində də rəqabət apardığı zaman belə bu günkü pafosla adlandırılan "iki ideologiyanın qarşıdurması" o dövrdə belə olmamışdır.
Sonra misilsiz virtuoz David Oistrax və skripkada ilahi səslə oxumağı bilən Leonid Koqan - kommunist rejiminə sonsuz sadiq musiqiçilər və üstəlik, partiya biletlərin sahibləri - dəvət olunduqları qədər səyahət etdilər. dəvət olunduqları yerdə, dünyanın dörd bir yanında konsertlər verirdilər və onlardan heç də az olmayan məşhur rəqqas və rəqqaslar kimi Qərb səhnəsinə çıxmaq üçün liberal dəyərlərə boyun əymək tələb olunmurdu.
Elə o zaman da misilsiz virtuoz David Oystrax və skripkada mükəmməl ifa edən Leonid Koqan - kommunist rejiminə sonsuz sadiq olan musiqiçilər və üstəlik, partiya biletlərinin sahibləri – dünyanın dörd bir yanında konsertlər vermək üşün dəvət olunduqları qədər və dəvət olunduqları yerlərə səyahət edirdilər və onların heç biri, heç də az məşhur olmayan rəqqas və rəqqaslar kimi, Qərb səhnəsinə çıxmaq üçün liberal dəyərlərə boyun əymək tələb olunmurdu.
O zamankı Avropa və Amerika impresarioları bugünkü ilə müqayisədə inkvizitorlara qarşı Volterçi kimi görünürlər.
Çünki indikilər cəfəng olmasa da, fikirlərin gedişi, ideologiyası və mənalarının qurulması "baş xətt"lə razılaşmayanların sadəcə olaraq yandırıldığı dövrdə Avropada hökmranlıq edənlərə çox bənzəyir. Meydanlarda.
Katolik inancından başqa və "Yer düzdür, üç balina üzərində dayanır" elmi biliklərə inanları yandırılır. Qadınları gözəlliyinə, yanlış saç rənginə görə yandırdılar.
Bu, məlumdur, dəfələrlə təsvir olunub və ən əsası, tarixi və hüquqi baxımdan dəyərləndirilib.
Buna barbarlıq və cinayət deyirlər.
Bu gün hər kəsin istədiyi qədər "cərgələr belə təmizlənir" və "ümumi mütərəqqi cəbhəsi birləşir" kimi danışmaq olar, baxmayaraq ki, biz Rusiyada belə bir "təmizləmə" sona çatmağa meylli olduğunu bilirik. Biz öz çox acı və travmatik təcrübəmizdən bilirik.
Əlbəttə ki, xəbərdarlıq etmək istəyirdim. Əgər xəbərdarlığımız hələ də eşidilsə.
Və son şey: Avropanın humanist fəlsəfəsinin demək olar ki, hamısı (və əgər humanistdirsə, deməli, azaddırsa) Dantenin "İlahi Komediya"sının şerlərindən çıxıb.
Poetik ideyalara və həqiqətə sadiq qaldığı üçün doğma şəhərindən qovulan böyük florensiyalı əbəs yerə xainləri cəhənnəmin ən dəhşətli, ən qaranlıq və ümidsiz doqquzuncu dairəsinə yerləşdirməyib.
Və burada, əslində, həm Rusiya mədəniyyəti, həm də italyan renessansı eyni fikirdədir: inancları dəvət üçün satmaq günahdır. Nəticələri dəhşətli ola bilər.
"Dəvət"lərə görə yaltaqlanmayan Maestro Gergyiev bu gün Avropaya əsl avropalı və Rusiya ruhunun nümunəsini göstərir.
Avropa və onun mədəniyyəti, Rusiya və mədəniyyəti. Vaxt gələcək buna görə hələ də onu ucadan alqışlayacaqlar!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 02.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiyanın təhlükəsizlik marjası var, biz ayaq üstə dayanacağıq - Peskov
Xəbər lenti
0