Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

On manatlıq əskinası 100 manata satmaq olarmı?

© Sputnik / Murad Orujov100 manatlıq əskinaslar
100 manatlıq əskinaslar - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Sosial mediada A10001001 seriyalı 10 manatlıq əskinasın 100 manata satışa çıxarılması ilə bağlı məsələyə AMB-dən aydınlıq gətirilib.
BAKI, 2 mart — Sputnik. Milli valyutanın öz nominalından artıq qiymətə satışa çıxarılması qanunvericiliklə qadağan deyil.
Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bu günlərdə sosial mediada A10001001 seriyalı 10 manatlıq əskinasın 100 manata satışa çıxarılması ilə bağlı məsələyə AMB-dən aydınlıq gətirilib.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları respublikanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir:
"Mülki Məcəlləyə görə, pullar da əşyadır. Mülki dövriyyədən çıxarılan və ya dövriyyəsi məhdudlaşdırılan (dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən) əşyalar istisna olmaqla, əşyanın mülkiyyətçisi onu sərbəst surətdə özgəninkiləşdirə, yəni sata, dəyişdirə və ya digər üsulla müqəddəratını təyin edə bilər. Odur ki, milli valyutanın öz nominalından artıq qiymətə satışa çıxarılması qanunvericiliklə qadağan deyildir".
"Əgər milli valyuta öz nominalından yüksək qiymətə satışa çıxarıla bilərsə, xarici valyutalar üzrə proses necə tənzimlənir?" sualına da AMB-dən cavab verilib.
"O ki qaldı Azərbaycan Respublikasında xarici valyutaların nominal dəyərindən artıq qiymətə satılmasına bildiririk ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. Valyuta mübadiləsi fəaliyyəti isə məhz Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi əməliyyatıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0