Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirdən sosial şəbəkədə məşhur olan müəllimlə bağlı qeyri-adi addım - FOTO

© Photo : Ministery of EducationTəhsil naziri Lənkəranın ucqar Jidi dağ kəndində
Təhsil naziri Lənkəranın ucqar Jidi dağ kəndində - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Təhsil naziri Lənkəranda səfərdədir və rayonun ucqar Jidi dağ kənd məktəbində olub
BAKI, 2 mart — Sputnik. Martın 2-də Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.
Nazir həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.
Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib. Təhsil nazirinin Lənkərana səfəri davam edir.
Qeyd edək ki, Jidi Lənkəran rayonunun inzibati ərazi vahidində kənddir. Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0