Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

BMT-yə üzvlük Azərbaycana nə qazandırdı?

© AP Photo / Mary AltafferЗдание ООН в Нью-Йорке, фото из архива
Здание ООН в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Politoloq qeyd edib ki, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qəbul edilməsi ölkəmizin diplomatiya tarixində mühüm nəticə hesab edilir.
BAKI, 2 mart — Sputnik. Bu gün Azərbaycanın BMT-yə tam hüquqlu üzv olmasından 30 il ötür. 1992-ci ilin 2 mart günü BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul olunmasına dair qətnamə qəbul edilib.
Bəs BMT-yə üzvlük Azərbaycana nə verdi?
Sputnik Azərbaycan mövzu ilə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan BMT ilə münasibətlərindəki 30 illik dövrdə çox böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, ölkəmizin təşkilatla münasibətləri çox şaxəlidir və bır sıra vacib sahələri əhatə edir:
"Eyni zamanda Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlığı qurulub. Müstəqilliyimizin bərpasından qısa bir müddət sonra belə bir nüfuzlu təşkilata üzv olmaq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə böyük töhfə verib. Azərbaycan təşkilata qoşular-qoşulmaz Ermənistan-Azərbaycan münaqişəsinə diqqəti çəkib. Bunun nəticəsi olaraq, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ilə bağlı dörd qətnamə qəbul olundu".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 02.03.2022
İlyas Hüseynov
Politoloq bildirib ki, qəbul olunmuş qətnamələr işğalçı Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edirdi:
"Bu qətnamələr Azərbaycanın beynəlxalq miqyasda problemi geniş şəkildə təqdim etməsi üçün aktuallıq kəsb edirdi. Daha sonrakı diplomatik, hüquqi həmlələrdə bu qətnamələr beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən əsas götürülərək qərarlar qəbul edilib. Bu baxımdan həmin bu 4 qətnamə münaqişənin normativ hüquqi bazasını təşkil edib".
Politoloq qeyd edib ki, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qəbul edilməsi ölkəmizin diplomatiya tarixində mühüm nəticə hesab edilir:
"Cəmi iki ay Təhlükəsizlik Şurasına sədrlik etdiyi dönəmdə Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasında əməli fəaliyyəti ilə seçilmişdi. Önəmli məsələlərdən biri də budur ki, Azərbaycan 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlar keçirəndə BMT nizamnaməsinin 51-ci maddəsinə istinad etmişdi".
"51-ci maddə özünümüdafiə hüququnu ehtiva edir. Bu maddə sayəsində Azərbaycan otuz illik işğala son qoydu. Azərbaycan BMT-nin dayanıqlı inkişaf məqsədlərinin daha geniş tətbiq olunması, ölkəmizin iqtisadi uğurlara nail olması məqsədilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri elan etmişdi. Ölkəmiz BMT-nin prioritetlərinə uyğun öz strateji prioritetlərini elan edib. Azərbaycan beynəlxalq aləmdə gedən proseslərə öz yanaşması olan ölkədir. Xüsusən də pandemiya dövründə peyvənd millətçiliyinə qarşı kəskin mövqeyi ilə seçilib. Bunun üçün də ölkələr arasında qeyri-bərabərliyin, əadlətsizliyin aradan qaldırılması üçün bir sıra təşəbbüslərlə çıxış edib. Bu Azərbaycanın regional aktor kimi gücünü səciyyələndirir. Ölkəmizin bundan sonra da BMT ilə əlaqələrini gücləndirəcəyini düşünürəm" - deyə İ. Hüseynov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0