https://sputnik.az/20220302/bmt-her-zaman-azerbaycanin-erazi-butovluyunu-destekleyib-439767994.html
BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Sputnik Azərbaycan
Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində çıxış edib. 02.03.2022, Sputnik Azərbaycan
2022-03-02T13:50+0400
2022-03-02T13:50+0400
2022-03-02T13:52+0400
bmt
siyasət
qətnamə
bmt-nin qətnamələri
prezident ilham əliyev
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_167:319:3085:1961_1920x0_80_0_0_106233cb7d9e913df8f67314f0683c32.jpg
BAKI, 2 mart — Sputnik. BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bununla bağlı 4 qətnamə qəbul edib.Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində deyib.Nazir müavini bildirib ki, Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Proqramı uğurla icra olunur. Ölkəmiz 30 ilə yaxın işğala məruz qalsa da, inkişafı davam edib. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda BMT-nin yardımını və dəstəyini yüksək qiymətləndirir.Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirdiyini vurğulayan E.Məmmədov qeyd edib ki, bu, bundan sonra da belə olacaq."Ölkəmiz qlobal səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışıb. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir", - deyə nazir müavini əlavə edib.Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 30 il ötürAzərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimizi qısa zamanda yağılardan azad edib. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə "Vətən müharibəsi" adı ilə düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun: XİN Azərbaycanın BMT-yə üzvlüyünün ildönümü ilə bağlı bəyanat verib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_359:0:3090:2048_1920x0_80_0_0_03dfff6c091b2f7bc7ef2ff36704cb8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bmt, qətnamə, bmt-nin qətnamələri, prezident ilham əliyev, azərbaycan xin
bmt, qətnamə, bmt-nin qətnamələri, prezident ilham əliyev, azərbaycan xin
BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
13:50 02.03.2022 (Yenilənib: 13:52 02.03.2022) Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində çıxış edib.
BAKI, 2 mart — Sputnik. BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bununla bağlı 4 qətnamə qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Proqramı uğurla icra olunur. Ölkəmiz 30 ilə yaxın işğala məruz qalsa da, inkişafı davam edib. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda BMT-nin yardımını və dəstəyini yüksək qiymətləndirir.
Azərbaycanın BMT Nizamnaməsinə və gündəliyinə sadiqliyini hər zaman nümayiş etdirdiyini vurğulayan E.Məmmədov qeyd edib ki, bu, bundan sonra da belə olacaq.
"Ölkəmiz qlobal səviyyəli məsələlərə daim önəm və diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın yubileyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında koronavirus pandemiyasının törətdiyi çətinliklərdən danışıb. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir", - deyə nazir müavini əlavə edib.
Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 30 il ötür
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.
Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb.
1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
Ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimizi qısa zamanda yağılardan azad edib. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə "Vətən müharibəsi" adı ilə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.