https://sputnik.az/20220301/ust-azerbaycanlinin-hazirladigi-vaksini-siyahiya-saldi-439742504.html
ÜST azərbaycanlının hazırladığı vaksini siyahıya saldı
ÜST azərbaycanlının hazırladığı vaksini siyahıya saldı
Sputnik Azərbaycan
Vaksinlə bağlı AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminar keçiriləcək. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T20:02+0400
2022-03-01T20:02+0400
2022-03-01T20:02+0400
səhiyyə
vaksin
amea
azərbaycan
üst
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_0:182:3273:2023_1920x0_80_0_0_4643c986cb1f49991813a8a09e0429f1.jpg
BAKI, 1 mart - Sputnik. AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.Bu barədə AMEA-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti v.i.e. akademik Arif Həşimov qurumun Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisə rəhbərləri ilə görüşüb.Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məsələlərinə toxunan A.Həşimov ölkəmizdə də bu istiqamətdə tədqiqatların aparıldığını diqqətə çatdırıb.AMEA-nın vitse-prezidenti, bölmənin Elmi Şurasının sədri, akademik İradə Hüseynova artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib. O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_267:0:2998:2048_1920x0_80_0_0_22c3d3666ed50f0f1711580123b30ad6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
üst amea üzvünün hazırladığı vaksini siyahıya saldı
üst amea üzvünün hazırladığı vaksini siyahıya saldı
ÜST azərbaycanlının hazırladığı vaksini siyahıya saldı
Vaksinlə bağlı AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminar keçiriləcək.
BAKI, 1 mart - Sputnik. AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.
Bu barədə AMEA-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti v.i.e. akademik Arif Həşimov qurumun Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisə rəhbərləri ilə görüşüb.
Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məsələlərinə toxunan A.Həşimov ölkəmizdə də bu istiqamətdə tədqiqatların aparıldığını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, bölmənin Elmi Şurasının sədri, akademik İradə Hüseynova artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib. O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.