https://sputnik.az/20220301/ukraynadaki-azerbaycanlilarin-novbeti-qrupu-yola-salinacaq---konsul-439722964.html
Ukraynadakı azərbaycanlıların növbəti qrupu yola salınacaq - Konsul
Ukraynadakı azərbaycanlıların növbəti qrupu yola salınacaq - Konsul
Sputnik Azərbaycan
Konsul gözləmə yerlərində yer olmadığını, bu səbəbdən də azərbaycanlıların təxliyəsinin hissə-hissə baş tutduğunu söyləyib. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T12:33+0400
2022-03-01T12:33+0400
2022-03-01T14:33+0400
xarkov
konsul
azərbaycanlı
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439684556_0:161:3070:1888_1920x0_80_0_0_348cbc27032256596b77986219608089.jpg
BAKI, 1 mart — Sputnik. Yaxın saatlarda Ukraynada yaşayan azərbaycanlıların növbəti qrupu ölkəmizə yola salınacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib. O bildirib ki, indiyədək Ukraynadan 290-a yaxın azərbaycanlı ölkəmizə təxliyə edilib. Ə.Salmanov qeyd edib ki, bu gün də 300-ə yaxın azərbaycanlı ölkəmizə göndərilib. O, bir saatdan sonra yenidən 280-290 nəfər azərbaycanlının təxliyəsinin baş tutacağını bildirib. Onun sözlərinə görə, bu gün 280-290 nəfərə qədər Azərbaycan vətəndaşı Xarkovdan Polşa sərhədinə yola salınacaq.Ə.Salmanov bildirib ki, azərbaycanlıları gətirəcək qatar bir saata yola düşəcək:Konsul gözləmə yerlərində yer olmadığını, bu səbəbdən də azərbaycanlıların təxliyəsinin hissə-hissə baş tutduğunu söyləyib:"Bundan əlavə, Ukraynanı tərk etmək istəyənlərin arasında başqa xalqlar da var. Onlar da öz ölkələrinə getmək istəyirlər. Çalışırlar ki, başqa ölkələrə də insanların daşınması təmin olunsun. Biz imkan olduqca azərbaycanlıların təxliyəsini təmin edirik".Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli isə bildirib ki, təkcə Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var. Onun sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq:Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.Məlumat üçün bildirək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PZR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220228/xn-azerbaycan-vetendaslarinin-ukraynadan-texliyesi-ile-bagli-son-durumu-aciqladi-439713564.html
xarkov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439684556_170:0:2901:2048_1920x0_80_0_0_77803ec84ac7520c589a1d812ac9b34f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xarkov, konsul, azərbaycanlı
xarkov, konsul, azərbaycanlı
Ukraynadakı azərbaycanlıların növbəti qrupu yola salınacaq - Konsul
12:33 01.03.2022 (Yenilənib: 14:33 01.03.2022) Konsul gözləmə yerlərində yer olmadığını, bu səbəbdən də azərbaycanlıların təxliyəsinin hissə-hissə baş tutduğunu söyləyib.
BAKI, 1 mart — Sputnik. Yaxın saatlarda Ukraynada yaşayan azərbaycanlıların növbəti qrupu ölkəmizə yola salınacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib. O bildirib ki, indiyədək Ukraynadan 290-a yaxın azərbaycanlı ölkəmizə təxliyə edilib. Ə.Salmanov qeyd edib ki, bu gün də 300-ə yaxın azərbaycanlı ölkəmizə göndərilib. O, bir saatdan sonra yenidən 280-290 nəfər azərbaycanlının təxliyəsinin baş tutacağını bildirib. Onun sözlərinə görə, bu gün 280-290 nəfərə qədər Azərbaycan vətəndaşı Xarkovdan Polşa sərhədinə yola salınacaq.
Ə.Salmanov bildirib ki, azərbaycanlıları gətirəcək qatar bir saata yola düşəcək:
"Vətəndaşlarımız qatarla Ukraynanın Lvov şəhərinə, oradan isə Polşa sərhədinə gedəcəklər. Vətəndaşlarımız sərhəddə qarşılanacaq".
Konsul gözləmə yerlərində yer olmadığını, bu səbəbdən də azərbaycanlıların təxliyəsinin hissə-hissə baş tutduğunu söyləyib:
"Bundan əlavə, Ukraynanı tərk etmək istəyənlərin arasında başqa xalqlar da var. Onlar da öz ölkələrinə getmək istəyirlər. Çalışırlar ki, başqa ölkələrə də insanların daşınması təmin olunsun. Biz imkan olduqca azərbaycanlıların təxliyəsini təmin edirik".
Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli isə bildirib ki, təkcə Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var. Onun sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq:
"Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəyəm".
Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.
Məlumat üçün bildirək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PZR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.